Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin İki Yüz İyirmi Doqquzuncu Günü, 10 Oktyabr 2022

Bazar ertəsi 10 Oktyabr 2022 - 23:19
https://az.iswnews.com/?p=13976

– Rusiya ordusu 20-dən çox qanadlı raketlə Ukrayna qüvvələrinin Kiyev, Ternopil, Lıvov, Dnepr şəhərləri və bir sıra digər bölgələrdəki mövqelərini bombalayıb.
Ukrayna mətbuatı Ukrayna ordusunun hava hücumundan müdafiə qüvvələrinin bu raketlərə cavab verdiyini bildirib, lakin bu hücumlardan yayımlanan video və şəkillərə görə, raketlərin əksəriyyəti hədəfləri vura bilib. Videolardan birində Xa-101 raketini görmək olar.

– Rusiya ordusu Ukrayna qüvvələrinin Nikolayev və Xarkov şəhərlərindəki mövqelərinə hücum edib. Ruslar bu hücumda Şahid 136 kamikadze dronlarından da istifadə ediblər, lakin bu əməliyyatın təfərrüatları hələ dəqiqləşdirilməyib.

– Hava hücumlarının yeni mərhələsində Rusiya ordusu Ukraynanın Odessa, İvano-Frankivsk, Jitomir və Krivi Rih şəhərlərindəki mövqelərinə qanadlı və “Xa-101” raketlər və “Şahid 136” kamikadze dronları ilə hücum edib.
Şəkillər və videolar Rusiyanın Ukraynanın müxtəlif şəhərlərinə hücumları ilə bağlıdır.

– Ukrayna mənbələrinin məlumatına görə, Rusiya ordusu bu gün səhər saatlarından etibarən 75-dən çox qanadlı raket və 10-dan çox kamikadze dronu ilə bu ölkənin müxtəlif şəhərlərində Ukrayna qüvvələrinin mövqelərinə hücum edib. Ukraynalılar Ukrayna səmasında 8 kamikadze dronu və 41-dən çox qanadlı raketi vurduqlarını iddia ediblər.

– Anna Maliar, Ukrayna müdafiə nazirinin müavini: Düşmən (Rusiya) saat 11:35-ə qədər 83 raket atıb, onlardan 43-ü vurulub. Həmçinin, Ukraynanın paytaxtı Kiyev şəhəri də daxil olmaqla, 8 regionda 11 mühüm infrastruktur obyektinə ziyan dəyib.

– Putin: Rusiyada terror aktlarının davam etməsinə cavabımız çətin olacaq!

Rusiya prezidenti Vladimir Putin Ukraynada Rusiya ordusunun bu səhər həyata keçirdiyi əməliyyatlara cavab olaraq deyib: “Bu gün səhər saatlarında Ukraynanın hərbi, rabitə və enerji infrastrukturuna dəqiq idarə olunan silahlarla genişmiqyaslı hücum həyata keçirilib.
Krım körpüsünün partladılması terror aktı idi və bunun arxasında Ukrayna təşkilatları dayanırdı. Kiyev rejiminin cinayətlərinin cavabsız qalması mümkün deyil və Rusiyada terror aktları törətməkdə davam edərsə, Moskvanın cavabı təhdidlər qədər sərt olacaq”.

Bu gün Rusiya ordusunun Ukraynaya qarşı əməliyyatı bu müharibə zamanı Rusiyanın ən ağır aviazərbələrindən biri olub. Bu hücum Krım körpüsünün partlamasına cavab olaraq həyata keçirilib və onun mesajı odur ki, ruslar fövqəladə vəziyyətlərdə təhlükəsizlik təhdidlərinə hərbi yolla cavab verəcəklər! Həmçinin Rusiyanın Ukrayna ordusunun şərq və cənub cəbhələrində son hücumlarına susması mənasız deyil və ola bilsin ki, Rusiya düşmənləri üçün isti qış hazırlayıb.
Ümumiyyətlə, Rusiya informasiya və təhlükəsizlik savaşında Amerika və Avropa ilə rəqabət apara bilməsə də, hərbi müharibədə güclü cavab tədbirləri həyata keçirə bilər və bugünkü hücumlar Rusiyanın bu sahədəki üstünlüyünün sübutudur.

– Ukrayna və NATO kəşfiyyat agentliklərinin araşdırmasına görə, Rusiya ordusu bu gün səhər, əməliyyat keçirməzdən əvvəl dünən oktyabrın 9-da yeddi Tu-160 strateji bombardmançı təyyarəsini Ulniya hava limanına köçürüb və onları Xa-101 qanadlı raketləri ilə təchiz edilmişdir. Həmçinin, altı hərbi gəmi Sevastopol sahillərindən Ukraynanın nəzarətində olan ərazilərə 40-dan çox qanadlı raket atıb.

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1 – Gün 2 – Gün 3 – Gün 4 – Gün 5 – Gün 6 – Gün 7 – Gün 8 – Gün 9 – Gün 10 – Gün 11 – Gün 12 – Gün 13 – Gün 14 – Gün 15 – Gün 16 – Gün 17 – Gün 18 – Gün 19 – Gün 20 – Gün 21 – Gün 22 – Gün 23 – Gün 24 – Gün 25 – Gün 26 – Gün 27 – Gün 28 – Gün 29 – Gün 30 – Gün 31 – Gün 32 – Gün 33 – Gün 34 – Gün 35 – Gün 36 – Gün 37 – Gün 38 – Gün 39 – Gün 40 – Gün 41 – Gün 42 – Gün 43 – Gün 44 – Gün 45 – Gün 46 – Gün 47 – Gün 48 – Gün 49 – Gün 50 – Gün 51 – Gün 52 – Gün 53 – Gün 54 – Gün 55 – Gün 56 – Gün 57 – Gün 58 – Gün 59 – Gün 60 – Gün 61 – Gün 62 – Gün 63 – Gün 64 – Gün 65 və 66 – Gün 67 – Gün 68 – Gün 69 – Gün 70 – Gün 71 – Gün 72 – Gün 73 – Gün 74 – Gün 75 – Gün 76 – Gün 77 – Gün 78 – Gün 80 – Gün 81 – Gün 82 – Gün 83 – Gün 84 – Gün 85 – Gün 86 – Gün 87 – Gün 88 – Gün 89 – Gün 90 – Gün 91 – Gün 92 – Gün 93 – Gün 94 – Gün 95 – Gün 96 – Gün 97 – Gün 98 – Gün 99 – Gün 100 – Gün 101 – Gün 102 – Gün 103 – Gün 104 – Gün 105 – Gün 106 – Gün 107 – Gün 108 – Gün 109 – Gün 110 – Gün 111 – Gün 112 – Gün 113 – Gün 114 – Gün 115 – Gün 116 – Gün 117 – Gün 118 – Gün 119 – Gün 120 – Gün 121 – Gün 122 – Gün 123 – Gün 124 – Gün 125 – Gün 126 – Gün 127 – Gün 128 – Gün 129 – Gün 130 – Gün 131 – Gün 132 – Gün 133 – Gün 134 – Gün 135 – Gün 136 – Gün 137 – Gün 138 – Gün 139 – Gün 140 – Gün 141 – Gün 142 – Gün 143 – Gün 144 – Gün 145 – Gün 146 – Gün 147 – Gün 148 – Gün 149 – Gün 150Gün 151Gün 152Gün 153Gün 154Gün 155Gün 156Gün 157Gün 158Gün 159Gün 160Gün 161Gün 162Gün 163Gün 164Gün 165Gün 166Gün 167Gün 168Gün 169Gün 170Gün 171Gün 172 Gün 173Gün 174Gün 175Gün 176Gün 177Gün 178Gün 179Gün 180Gün 181Gün 182Gün 183Gün 184Gün 185Gün 186Gün 187Gün 188Gün 189Gün 190Gün 191Gün 192Gün 193Gün 194Gün 195Gün 196Gün 197Gün 198Gün 199Gün 200Gün 201Gün 202Gün 203Gün 204Gün 205Gün 206Gün 207Gün 208Gün 209Gün 210Gün 211Gün 212Gün 213Gün 214Gün 215Gün 216Gün 217Gün 218Gün 219Gün 220Gün 221Gün 222Gün 223Gün 224Gün 225Gün 226Gün 227Gün 228

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir