Vətəndaş Cəfərova Şölə Salam qızı məhkəmə tərəfindən cərimə edildi + FOTO və VİDEO
“İslam dünyası xəbərləri” informasiya agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşı Cəfərova Şölə Salam qızı, Yasamal Rayon məhkəməsi tərəfindən 1500 AZN məbləğində cərimə edilib.
İctimai fəal və dini ayinlərin icrasında xüsusi təşəbbüs göstərən Cəfərova Şölə Salam qızı, azyaşlı uşaqlar arasında mənəvi dəyərləri təbliğ etdiyinə görə, Yasamal Rayon 27 saylı polis bölməsi tərəfindən, 9 avqust, saat 12:30 radələrində saxlanılıb. Dindirilmədən sonra, Cəfərova Şölə Salam qızı haqqında protokol tərtib edilərək, Yasamal Rayon məhkəməsinə aparılıb. Yasamal Rayon məhkəməsi Cəfərova Şöhlə Salam qızını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsi ilə təqsirli bilərək, 1500 manat məbləğində cərimə etmişdir. Qeyd edək ki, Şölə xanım bundan əvvəl də, uşaqlar arasında dini mənəvi dəyərləri təbliğ etmiş və müxtəlif məclislərin keçirilməsində birbaşa təşəbbüs göstərmişdir. Şölə xanım Məhərrəmlik məclislərində uşaqları toplayaraq, onlara mərsiyə oxutdurmuş, Qədir Xum məclislərinin təşkilində fəal iştirak etmiş və “Salam Fərmandeh” surudunun, uşaqların ifasında video klipinin hazırlanmasında əsas təşəbbüskar olmuşdur. Sonuncu işdə Yasamal Rayon Məhkəməsi xanımı cərimə etmişdir.
“İslam dünyası xəbərləri” informasiya agentliyi olaraq bu utanc verici hadisəni şiddətlə qınayır və Azərbaycanın inanclı müsəlmanlarını hadisəyə ictimai reaksiya göstərməyə, cərimənin ödənilməsində Şölə xanıma yardım etməyə çağırırıq. Qeyd edək ki, məlum hadisədən sonra, inanclı şəxslər Şölə xanımın cəriməsinin ödənilməsinə köməklik göstərir.
– Qədir Xuma aid video və şəkilləri aşağıda izləyə bilərsiniz:
– Məhərrəmliyə aid:
– Salam Fərmande suruduna aid:
– Məhkəmə qərarı:
– Şölə Cəfərovaya bu cəriməni vermək üçün yardım məqsədi ilə:
Rəy