Amerika koalisiyasının Həsəkə əyalətindəki bazasına raket hücumu olub
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerika koalisiyasının Suriyanın Həsəkə vilayətində yerləşən Rumeilan şəhərinin kənarındakı mövqeləri naməlum şəxslər tərəfindən raket hücumları ilə hədəfə alınıb.
Oktyabrın 8-də Rumeilan bazasında yerləşən Amerika koalisiyasının mövqeləri raket hücumu ilə hədəfə alınıb. Hələlik heç bir qruplaşma bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Bununla əlaqədar olaraq, ABŞ-ın Qərbi Asiyadakı Terror Qərargahı (CENTCOM) verdiyi açıqlamada, “Yerli vaxtla saat 22:12 radələrində Rumeilan bazasına bir ədəd 107 mm-lik raket atıldı və Amerika koalisiya qüvvələrinin iştirakı olmayan yerə düşdü. Bu hücum heç bir itki və dağıntıya səbəb olmayıb” bildirib.
Bu açıqlamanın davamında bildirilir ki, “Amerika qüvvələri raket atəşinin mənşəyini araşdıraraq, digər raketləri də aşkarlayıb və bununla bağlı araşdırma aparır”.
Xatırladaq ki, bu il sentyabrın 18-də Amerika koalisiyasının Deyr əz-Zor əyalətində yerləşən Əl-Ömər neft yatağındakı bazası bir neçə raketlə hədəfə alınmışdır.
Daha çox oxuyun: Deyr əz-Zor əyalətində Amerika koalisiyasının mövqelərinə raket zərbələri endirilib
Rəy