Türkiyə ordusunun İraqın şimalındakı bazasına raket hücumu olub + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusunun Neynəva vilayətinin şimalında yerləşən Zelkan bölgəsindəki hərbi bazası İraq müqavimət dəstələrinin raket hücumu ilə hədəfə alınıb.
Oktyabrın 8-də Mosulun şimalında yerləşən Zelkan bölgəsində Türkiyə ordusunun Bəəşiqə hərbi bazası 4 Qrad raketi ilə hədəfə alınıb. “Əhrar Əl-İraq” İslami müqavimət dəstəsi bəyanat yayaraq bu hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
“İslam Dünyası Xəbərləri”nin araşdırmalarına görə, bu, cari ilin 21 martından bəri Bəəşiqə hərbi bazasına qarşı 15-ci raket hücumudur.
Həmçinin bu il avqustun 25-də Bəəşiqə hərbi bazası İraq müqavimət dəstələrinin raket hücumuna məruz qalmışdır.
Daha çox oxuyun:
Türkiyə ordusunun Neynəva vilayətinin şimalındakı bazasına raket hücumu olub
Rəy