Əfqanıstanın şərqində Taliban kəşfiyyat idarəsinin əməliyyatları davam edir + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əfqanıstanın şərqində Taliban kəşfiyyat idarəsinin təhlükəsizlik əməliyyatının davamında 59 İŞİD üzvü bu qrupa təslim olub.
Əfqanıstanın şərqində Taliban kəşfiyyat idarəsinin əməliyyatı, eləcə də Nənqərhar vilayətində qəbilə ağsaqqallarının vasitəçiliyi nəticəsində iki İŞİD üzvü edam edilib, daha 59 nəfər silah və texnikası ilə birlikdə Talibana təslim olub. Bu insanlar Çaparhar, Səre Rud, Ləəlpur, Spin Ğar, Əçin və Xuqyani şəhərlərində fəallıq göstəriblər.
Nənqərhar vilayətində Taliban Kəşfiyyat İdarəsinin rəisi Moləvi Məhəmmədullah İdris İŞİD üzvlərinə xəbərdarlıq edib ki, əgər onlar yenidən Talibana qarşı silaha sarılarlarsa, evlərini yandıracaqlar, mal-mülklərini müsadirə edəcəklər və ailə üzvlərini gülləbaran edəcəklər.
Nənqərhardakı yerli Taliban rəsmilərinin açıqlamalarına görə, indiyədək bu əyalətdə keçmişdə fəaliyyət göstərən 650-dən çox İŞİD üzvü döyüşmədən Talibana təslim olub.
Son günlər Əfqanıstanın şərqində İŞİD-in fəaliyyətinin və hücumlarının artması Taliban kəşfiyyat idarəsini son həftədə Kunar və Nənqərhar əyalətlərində əməliyyatlara başlamağa məcbur edib.
Daha çox oxuyun: Talibanın Kunar əyalətində İŞİD-ə qarşı kəşfiyyat əməliyyatı baş tutub + VİDEO
Rəy