Fələstində baş verən son hadisələr, 8 Oktyabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İbrani mediaları sionist rejim polisinin fələstinlilərin İordan çayının qərb sahilində müqavimət əməliyyatlarını gücləndirmələrindən qorxaraq Qüds və Məscidül-Əqsada hazır vəziyyətdə olduğunu bildirib.
– Oktyabrın 7-də fələstinli gənc Mehdi Məhəmməd Ledado Ramallahın şimal-qərbində İsrail əsgərləri tərəfindən güllələnərək şəhid edildi.
– Oktyabrın 7-də Fələstin Qızıl Aypara Cəmiyyətinin verdiyi açıqlamaya görə, Nablusun cənubunda yerləşən Bita və Beyt Dəcən qəsəbələrində fələstinlilərlə İsrail əsgərləri arasında baş verən qarşıdurmalar nəticəsində 18 nəfər yaralanıb.
– Oktyabrın 7-də Fələstinli gənc İbrahim Əl-Həc Adil Davud Qalqilyan məntəqəsinin cənubundakı Əl-Birin bölgəsində İsrail rejimi əsgərləri tərəfindən şəhid edilib.
– Sionist rejimin baş nazirlik ofisi bəyanat yayaraq, bu rejimin işğal olunmuş ərazilərə ukraynalı və rusiyalı mühacirlərin böyük kütləsini qəbul etməyə hazır olduğunu açıqlayıb. Sionist rejimin “Sərvət” və “Ali və İnteqrasiya” nazirliklərinin müştərək hesabatına əsasən, ehtimal olunur ki, növbəti 6 ay ərzində hər ay təxminən 6 min rusiyalı mühacir İsrailə köçəcək.
– Oktyabrın 1-də işğal altındakı Qüdsün şərqində yerləşən Əl-Eyzəriyyə qəsəbəsində 18 yaşlı fələstinli gənc Fayez Xalid Damdum İsrail əsgərləri tərəfindən güllələnib.
– Oktyabrın 8-də sionist rejimin Cəninə hücumu nəticəsində “Mahmud Əl-Sus” və “Əhməd Məhəmmədhüseyn Zərağimə” adlı iki fələstinli şəhid olub, daha 11 nəfər yaralanıb. Bu hücum zamanı fələstinli müqavimət döyüşçüləri ilə İsrail əsgərləri arasında şiddətli qarşıdurma olub və bu zaman bir sionist əsgər yaralanıb.
– İbrani mediaları sionist rejim polisinin İordan çayının qərb sahilində, Qüdsdə və Məscidül-Əqsada fələstinlilərin müqavimət əməliyyatlarının güclənməsi qorxusuna görə hazır vəziyyətdə olduğunu elan edib.
– Oktyabrın 8-də sionist ordusu Ramallah yaxınlığında əsgərlərindən birinin yaralandığını elan etdi.
– Oktyabrın 7-də Fələstin Milli İdarəsi başçısı Mahmud Abbas Qətər əmiri Şeyx Təmim bin Həməd Aali Sani ilə telefon danışığı aparıb.
– Mossad casus təşkilatının rəhbəri David Barnea Livanla dəniz danışıqlarına toxunaraq, Hizbullahın sionist mövqelərinə hücum edəcəyi ehtimalının olduğunu bildirib.
Rəy