Müqtəda Sədrin SEPAH-ın Qüds Qüvvələri komandanına ünvanladığı məktub yayımlanıb + FOTO

Şənbə 8 Oktyabr 2022 - 20:00
https://az.iswnews.com/?p=13869

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun İraqın Kürdüstan bölgəsində terrorçu qruplaşmaların mövqelərinə hücumu ilə eyni vaxtda İraq mediaları Müqtəda Sədrin bu hücumlarla müxalif olduğunu əks etdirən və Hacı Sərdar İsmail Qaaniyə ünvanlanan məktubun şəklini paylaşıblar.

İraq mediaları İraqdakı Sədr hərəkatının lideri Müqtəda Sədrin İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Sərdar İsmail Qaaniyə məktubunun mətnini dərc ediblər.

Bu məktubun mətni belədir:

“Salamun aleykum, Allahın rəhməti və bərəkəti üzərinizə olsun
Hacı İsmail Qaani… Rəhbərimiz və bütün dünyada ədalət hökumətinin banisi olan İmamın mövludu münasibəti ilə sizi təbrik edir, Uca Allahdan bizi və sizi bu qələbədə möhkəm saxlamasını diləyirəm.
Allahın iraqlılara etdiyi lütflərdən biri də budur ki, Allah bizə İran İslam Respublikası kimi qonşu verdi ki, İraq və İran iki qonşu olaraq çətinliklərdə və sevinclərdə bir-birini müdafiə edə bilsinlər… xüsusən də bizim və sizin əziyyət çəkdiyimiz zalım diktatorun süqutundan sonra.
Odur ki, İraq öhdəsinə sadiq qalacaq ki, onun torpağı və səması ölkənizə hücum etmək üçün başlanğıc nöqtəsi olmasın, ümid edirik ki, siz də ona əməl edəcəksiniz; Çünki əməl etməmək bizə çox zərər verəcək və həmçinin (əməl etməmək) başqalarının bəhanələrlə bizim hüquqlarımızı pozmasına səbəb olacaq və bu sizin qəbul etmədiyiniz bir şeydir, amma bildiyiniz kimi İraq şiələrin əsas ölkəsidir və bu ölkədə 7 şiə imamı dəfn olunubdur. Bir halda ki, Şəhidlərin ziyarətgahlarını bombalamaq üçün başqa tərəflər pusquda durublar.
Biz istəmirik ki, İslam Respublikası başqaları üçün (istər cənubdan, istərsə də şimaldan) və hətta sionist rejimin İraq və onun müqəddəs yerlərini bombalaması üçün bəhanə olsun.
Əgər bizə hücum etməyi qəbul etsək, başqalarının bizi bombalaması üçün bəhanə olar, bir halda ki, İraqda sizin ölkə kimi müstəqil bir ölkədir və Allah sizi hər bir xətadan və bəladan qorusun … İraqda düşməni hədəf qərar vermək belə olmur, beynəlxalq səviyyədə diplomatik üsullarla edilir.
Ona görə də hakimiyyətlə və aidiyyəti tərəflərlə dialoq yoluna əməl olunmalıdır ki, bu iki ölkə düşmənlərə qarşı keçilməz dayaq olaraq qalsın… Biz bu sahədə əməkdaşlığa tam hazırıq, yəni danışmağa və İranı hədəfə alan düşmənin bütün ərazilərini bağlamağa tam hazırıq.
Əminəm ki, İslam Respublikasının rəhbəri İraqın və şiəliyin qüdrətini bu ölkənin bildiyiniz və ya bilmədiyiniz yerdən zərər görməməsi üçün təkidlidir”.

Qeyd edək ki, bu məktubun tarixi 18 mart 2022-ci ilə (1443 hicri qəməri ilinin Şəban ayının 15-i) aiddir. İslam İnqilabı Keşikçiləri Korpusu son günlər İraqın Kürdüstan bölgəsində yerləşən terrorçu qrupların mövqelərini artilleriya, raket və dronlarla hədəfə aldığı bir vaxtda İraq mediaları bu məktubun şəklini yayımlayıblar.

Görünən odur ki, İraq hakimiyyəti İran hakimiyyətinin terror qruplaşmalarını sərhəd bölgələrindən çıxarmaq və onların İrana hücumlarının qarşısını almaq barədə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, media vasitəsi ilə bu məsuliyyətdən boyun qaçırmaq və bir növ İranın İraqda terror fəaliyyətləri ilə məşğul olan qruplaşmalarının mövqelərinə hücumlarına qarşı olduqlarını nümayiş etdirmək niyyətindədir.

Daha çox oxuyun:
SEPAH Ərbilin şimalına raket zərbələri endirib
SEPAH İraqın Kürdüstan bölgəsində terrorçu qruplara qarşı raket və dron hücumları etdi + VİDEO və FOTO və XƏRİTƏ

Müqtəda Sədrin Sərdar İsmail Qaaniyə məktubunun şəkli
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir