Talibanın Kunar əyalətində İŞİD-ə qarşı kəşfiyyat əməliyyatı baş tutub + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Kunar əyalətində Talibanın kəşfiyyat qüvvələri ilə İŞİD terror qruplaşmasının əməliyyatçıları arasında baş verən qarşıdurma nəticəsində bir neçə İŞİD üzvü öldürülüb və həbs edilib.
Oktyabrın 4-də Kunar vilayətinin Şiqal şəhərində İŞİD ünsürlərinin sığınacağı aşkar edildikdən sonra Taliban Kəşfiyyat Təşkilatının silahlıları ilə İŞİD əməliyyatçıları toqquşub. Bu qarşıdurma nəticəsində Şiqal şəhərinin İŞİD valisi “Qari Müaviyə” də daxil olmaqla 3 İŞİD üzvü öldürülüb.
Bu münaqişədən bir gün sonra Taliban kəşfiyyatı Dərre Pənc şəhərinin mərkəzi Manu Qay rayonunda İŞİD-in daha bir sığınacağını tapmağa müvəffəq olub; İŞİD-in xarici və maliyyə məsələləri üzrə rəhbəri olan “Maliki” kimi tanınan “Qari Əbdül Məlik”i həbs edib.
Malikinin etiraflarına görə, o, Kunar vilayətində qoşun toplayır və Ukrayna, Almaniya və İspaniyadan maliyyə yardımı cəlb edərək İŞİD-in Xorasan qoluna dəstək vermək üçün əcnəbi silahlıları Əfqanıstana köçürürmüş. Kunardakı missiyası zamanı o, Ukraynadan 500.000 dollar, Almaniyadan 50.000 Avro və İspaniyadan 800.000 əfqani ilə maliyyə yardımı cəlb edib.
İŞİD-in Talibana qarşı artan terror hücumlarında bu qrupun kəşfiyyatı fəaliyyətini Əfqanıstanın şimal və şərqində İŞİD-in sığınacaqlarının aşkar edilərək məhv edilməsinə yönəldib. Əfqanıstanda son iki ildə baş verən eniş-yoxuşlara baxmayaraq, İŞİD bu ölkədəki fəaliyyətini gizlicə davam etdirir.
Rəy