İraqda baş verən son hadisələr, 7 Oktyabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraq Silahlı Qüvvələrinin sözçüsü İŞİD-in cəbhə komandirlərindən biri, Əbu Cəndəl kimi tanınan Əymən Lətif Əl-Məravinin Səlahəddin əyalətində həbs edildiyini açıqlayıb.
1- Bağdad:
Oktyabrın 5-də Milli Təhlükəsizlik müşaviri Qasim Əl-Əərəci və İraqın Xarici İşlər Naziri Fuad Hüseyn Bağdadda ölkələrin Suriyanın Əl-Hul düşərgəsindən olan vətəndaşlarını təslim etməyə razı salmaq məsələsini müzakirə ediblər.
2- Bəsrə:
– Oktyabrın 4-də naməlum silahlı ünsürlər Bəsrə şəhərinin Əl-Tənnumə bölgəsindəki Həşd-Şəəbi qərargahına hücum ediblər. Bu hücum zamanı Bəsrədəki prezident aparatı yaxınlığına 14 “Katyuşa” raketi atılıb.
Daha çox oxuyun: Bəsrədəki Həşd-Şəəbi qərargahına 16 raket ilə hücum olundu + VİDEO
– Oktyabrın 6-da naməlum silahlı şəxslər İraqın Sünni Alimlər Cəmiyyətinin rəhbəri Şeyx Xalid Əl-Mələ-nin Mənavi Başa hotelindəki iqamətgahına atəş açıblar, lakin o, sağ qalıb.
3- Süleymaniyyə:
Oktyabrın 4-də İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən Süleymaniyyə şəhərinin şimalında yerləşən Şarbajer bölgəsində silahlı terror qruplaşmalarının toplaşdığı yerə pilotsuz təyyarələrin hücumu nəticəsində çoxlu sayda terrorçu məhv edilib.
4- Səlahəddin:
Oktyabrın 5-də İraq Silahlı Qüvvələrinin sözçüsü Yəhya Rəsul İŞİD-in cəbhə komandirlərindən biri, Əbu Cəndəl kimi tanınan Əymən Lətif Əl-Məravinin Səlahəddin əyalətində həbs edildiyini açıqlayıb.
5- Ərbil:
Oktyabrın 5-də ABŞ hökumətinin Suriyanın şimalı və şimal-şərqi üzrə nümayəndəsi Nikolas Qreynqer Ərbildə İraq Kürdüstanının rəhbəri Niçervan Barizani ilə görüşüb və söhbət edib.
6- Kərkük:
Oktyabrın 7-də İraq təhlükəsizlik xidmətinin informasiya bölməsi İŞİD terror qruplaşmasının Kərkük vilayətindəki valisinin hərbi müavini Əbu Mustafanın öldüyünü açıqlayıb.
7- Oktyabrın 1-də Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin daha bir hərbçisinin həlak olduğunu bildirdi.
Rəy