Azərbaycandakı son olaylar barədə + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ötən günlərdə Türkiyənin müdafiə naziri, İsrailin müdafiə naziri və Ərəbistan Krallığının xarici işlər naziri Azərbaycan Respublikasında səfərdə olublar və həmçinin İran və Azərbaycan müdafiə nazirləri arasında telefon danışıqları baş tutub.
Son günlər Azərbaycan dünya media arenasında müəmmalı görüşlərlə gündəmə gəlib. Zəngəzur məsələsi ilə bağlı hadisələrin həssas zamanında, İsrail və Türkiyə müdafiə nazirlərinin Azərbaycana səfərini gözardına vurmaq olmaz.
Rəsmilərin görüşündən dərhal sonra, Səudiyyə Ərəbistanının xarici işlər nazirinin Azərbaycana səfəri heç də təsadüfi hal deyil. İsrail müdafiə nazirinin Azərbaycana səfərindən sonra, dərhal İngiltərəyə səfər etməsi və İngiltərə müdafiə naziri ilə görüşü, çox ciddi hadisələrin baş verəcəyindən xəbər verir.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın baş qərargah rəisi general-mayor Baqiri ilə telefon danışığının baş tutması, İranın baş verənlərdən ciddi narahat olması ilə əlaqədardır. General-polkovnik Zakir Həsənov bu görüşlərin İrana heç bir ziyanı olmayacağı barədə hər nə qədər danışsa da, sözsüz ki, İran da öz növbəsində baş verə biləcək mənfi halları qabaqlamaq üçün tədbirlər görür.
Son bir neçə gündə baş verənlərdən belə nəticəyə gəlmək olar ki, İran düşməni olan qüvvələr bu dəfə poliqon kimi ölkəmizi seçiblər.
Daha çox oxuyun:
General-mayor Baqirinin Azərbaycan Respublikasının Müdafiə Naziri ilə telefon danışığı baş tutub
Azərbaycanın müdafiə naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb + FOTO
Rəy