Azərbaycanda, Ermənistanda və Qarabağda baş verən son hadisələr
Cümə axşamı 17 Fevral 2022 - 01:46
https://az.iswnews.com/?p=1369
11-15 Fevral 2022 tarixlərində Azərbaycan, Ermənistan və Qarabağda baş verən hadisələr
Qeyri-sabit Cənubi Qafqaz regionunda hadisələr sürətlə inkişaf edir və Azərbaycanla Ermənistan arasındakı fikir ayrılıqları vaxtaşırı hərbi münaqişələrə və siyasi böhrana gətirib çıxarır. Habelə, bu bölgədəki ölkələrin daxili gərginliyi də az deyil.
Ermənistan
- Fevralın 11-də Kəlbəcər bölgəsində Azərbaycan və Ermənistanın hərbi birləşmələri arasında qarşıdurma baş verib və Azərbaycan buna qarşı artilleriyadan istifadə edib.
- Ermənistan Milli Assambleyasının Xarici Əlaqələr Komitəsinin üzvü Qorqen Arsenian davam edən sərhəd toqquşmalarına münasibət bildirərək deyib: “Ermənistan hökuməti Azərbaycanla bağlı vəziyyətə nəzarət edir və kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməyəcək.”
- Ermənistan prokurorları 44 günlük müharibədən qaçmaqda ittiham olunan şərti adı G.Q. olan ordu mayorunu məhkəməyə çağırıb. Artilleriya batalyonunun zabiti 2020-ci il oktyabrın 12-də cəbhədən qaçmaqda və bundan sonra döyüşdə 20 erməni əsgərinin öldürülməsində ittiham olunur.
- Ermənistanın Türkiyə ilə münasibətlərinin yaxşılaşmasına dair rəy sorğuları müxtəlif nəticələr göstərir. Hökumətyönlü təşkilatlar ictimaiyyətə müsbət baxır, lakin hökumət əleyhinə olan sorğu mırkəzləri ictimaiyyətin qorxu və nifrətindən xəbər verir.
Qarabağ Bölgəsi
- 44 gün davam edən Qarabağ müharibəsində şəhid olanların döyüş meydanında axtarışı və cənazələrin dəyişdirilməsi prosesi davam edir. Erməni tərəfi bildirir ki, indiyədək Azərbaycan və Ermənistan tərəfləri arasında 1710 cəsəd dəyişdirilib. Bu cəsədlərin əksəriyyəti Ermənistana və Azərbaycanın nəzarəti altında olan bu bölgənin cəbhəsində aşkar edilmiş Dağlıq Qarabağın erməni qüvvələrinə məxsusdur.
- Qondarma Dağlıq Qarabağ prezidentinin mətbuat katibi Araik Arutyunyan, onun istefa verməyə hazır olması ilə bağlı mediada yayılan xəbərləri təkzib edib.
- Araik Harutunyan Dağlıq Qarabağ hökumətinin konstitusiya islahatına göstəriş verdiyini açıqladığı üçün müxalifət partiyaları tərəfindən təzyiqlərə məruz qalır. Bunun üçün də müxalifət partiyalar təkrar seçkilərdə iştirak etməyəcəklərini bildiriblər.
Azərbaycan
- Türkiyənin pilotsuz təyyarələr istehsal edən “Bayrakdar” şirkəti, Azərbaycanın nəzarətində olan Şuşa şəhərində pilotsuz təyyarə yarışı keçirib. Ermənistanın qondarma Dağlıq Qarabağ hökuməti buna etiraz edib.
- İlham Əliyev çərşənbə axşamı Milli Məclisin təsdiqindən sonra fevralın 16-da Türkiyə ilə Strateji Müttəfiqlik Sazişi imzalayıb və Nazirlər Kabinetinə təqdim edib. Fevralın 1-də Azərbaycan Milli Məclisi Şuşa Bəyannaməsi adlanan sənədi araşdırmışdır. Müqaviləyə əsasən, iki ölkə arasında birgə müdafiə və təhlükəsizlik strukturu yaradılacaq, silahlı və təhlükəsizlik qüvvələri vahid standartla formalaşdırılacaq.
- Türkiyənin “Eslem Film” Şirkəti Türkiyənin və Azərbaycanın görkəmli sənətçilərinin rol aldığı Şuşa haqqında film çəkir. Bakıda Nizami Gəncəvi Kino Mərkəzində filmin mətbuat konfransı keçirilib.
- Azərbaycan mediası Ramiz Mehdiyevin məcburi istefa verməsi və məhkəməyə çağırılması barədə xəbərlər yayıb. Bu xəbər müxalifət qrupları arasında birmənalı qarşılanmayıb. Beləki, onlar media və şəxsiyyətlərdən hakimiyyətin istəyinə uyğun addım atmamağa çağırıblar.
Ramiz Mehdiyevin istefasından sonra onun iş yerində media tərəfindən çəkiliş edilib. Ramiz Mehdiyev verdiyi bir müsahibədə yayılan bu xəbərləri təkzib edib.
Rəy