Qırğızıstan və Tacikistan sülh sazişi imzalayıblar

Çərşənbə axşamı 20 Sentyabr 2022 - 14:48
https://az.iswnews.com/?p=13478

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Qırğızıstan Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Kamçibek Taşiyev və Tacikistan Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Saimumin Yatimov iki ölkə arasında sülh və atəşkəs sazişi imzalayıblar.

Qırğızıstan və Tacikistan əsgərləri arasında altı gün davam edən sərhəd münaqişəsindən sonra iki ölkənin təhlükəsizlik təşkilatlarının rəhbərləri nəhayət ki, iki ölkə arasında sülhün təmin edilməsi və atəşkəsin yaradılması məqsədi ilə saziş imzalayıblar. Tacikistan ərazisində keçirilən bu danışıqlarda Qırğızıstan Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Kamçibek Taşiyev və Tacikistan Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Saimumin Yatimov hərbi qüvvələrin çıxarılması haqqında saziş imzalayıblar. Hər iki tərəfin bir-birinin ərazisindən çıxarılması, məhbusların azad edilməsi və vəziyyətin sabitləşməsi barədə qərara gəlinib.

Qeyd edək ki, Tacikistan və Qırğızıstan arasında 6 gün davam edən sərhəd münaqişəsi zamanı hər iki tərəfdən 350-dən çox hərbçi və mülki şəxs həlak olub və yaralanıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir