ABŞ: Əfqanıstan xalqının yanında dayanmışıq!

Cümə axşamı 17 Fevral 2022 - 20:14
https://az.iswnews.com/?p=1346

Keçmiş Əfqanıstan hökumətinin süqutundan və Talibanın ərsəyə gəlməsindən sonra ABŞ Əfqanıstanın 7,1 milyard dollarını bloklayıb. Bu məbləğin yarısının 11 sentyabr qurbanları bəhanəsi ilə müsadirə edilməsi bu məsələni daha da mübahisəli edib.

Prezident Əşrəf Qəninin devrilməsi və keçmiş Əfqanıstan hökumətinin süqutu və ardınca 2021-ci ilin avqustunda Talibanın iş başına gəlməsi ilə ABŞ müxtəlif bəhanələrlə ABŞ mərkəzi bankının ehtiyatlarında olan 7,1 milyard dolları bloklayıb. Bu addım Əfqanıstan valyutasının devalvasiyasına və son aylarda dolanışıq böhranına səbəb olub.
ABŞ-ın qərarı Taliban, yerli və xarici media, eləcə də beynəlxalq qurumların kəskin etirazlarına səbəb olub. Nəhayət, ABŞ prezidenti Cozef Bayden keçən həftə pulun Əfqanıstana humanitar yardım və 11 Sentyabr Qurbanları Fondu arasında bölüşdürülməsini əmr etdi. ABŞ Dövlət Departamenti bu sərəncamın icrasını təsdiqləyib və iddia edib ki, ABŞ əvvəlki kimi Əfqanıstan xalqının yanında olacaq!

ABŞ-ın Əfqanıstan xalqından açıq-aşkar oğurluğunu ifadə edən bu qərar media və beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə tənqid edilib. Qərarın tənqidçiləri hesab edirlər ki, 11 sentyabr hadisəsi Əl-Qaidənin rəhbərlik etdiyi terror aktıdır və onu törədənlər ərəb ölkələrinin (Səudiyyə Ərəbistanı) vətəndaşlarıdır. Ona görə də bu məsələnin Əfqanıstan xalqı ilə heç bir əlaqəsi yoxdur.

Əfqanıstanla bağlı beynəlxalq görüşlərdə deyildiyi kimi, humanitar yardım Əfqanıstanın problemlərinin həlli demək deyil. Əfqanıstan iqtisadi infrastrukturunu yenidən qurmalı və sabitliyə nail olmaq üçün region ölkələri ilə iş birlikləri qurmalıdır. Lakin buna ABŞ-ın iqtisadi mənbələri talaması, sanksiyaları tətbiq etməsi və birtərəfli Taliban hökumətinin iş başına gəlməsi mane olub.

Daha çox oxuyun:
İranın humanitar yardımı Qəzni vilayətinin əhalisinə çatıb

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir