Qırğızıstan və Tacikistan arasında sərhəd münaqişəsi davam edir; İki ölkənin ölü və yaralıları 350 nəfəri keçib + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Qırğızıstan və Tacikistan arasında atəşkəs rejiminin qərarına baxmayaraq, Batkən və Sogd əyalətlərinin sərhəd bölgələrində ağır qarşıdurmalar davam edir.
Sentyabrın 16-da Tacikistan və Qırğızıstan hökumətləri arasında diplomatik əlaqə qurulduqdan sonra iki ölkə eyni günün günorta saatlarından başlayaraq atəşkəs elan edilməsinə razılaşdılar, lakin bu razılaşma uzun sürmədi və atışma davam etdi. Münaqişənin artması ilə eyni vaxtda Tacikistan ordusu Qırğızıstanla sərhədə BM-21 “Qrad” reaktiv yaylım atəşi sistemlərini daşıyıb və bir neçə dəfə hərbi bazalar və Batkən hava limanında Qırğızıstanın mövqelərinə hücum edib. Digər tərəfdən, Qırğızıstan özünün dronlarından (Bayraktar TB2) istifadə edərək Tacikistan qüvvələrinin texnikası və yığıncaqlarına hücum edib. Quru qoşunların münaqişəsi həmçinin hər iki tərəfin qüvvələri tərəfindən Ağsu sərhəd körpüsünün, bir neçə tankın və zirehli texnikanın dağıdılmasına səbəb olub.
Qırğızıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, Tacikistanla sərhəd münaqişəsi başlayandan indiyədək 59 nəfər həlak olub, 150-dən çox insan yaralanıb. Qırğızıstan hökuməti də iddia edir ki, bu münaqişələr 137 mindən çox dinc sakinin təxliyyə edilməsinə və didərgin düşməsinə səbəb olub. Tacikistan mediası da bu ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, 24 nəfər ölüb, 121-dən çox insan yaralanıb.
Hazırda Birləşmiş Millətlər Təşkilatı, İran, Rusiya, Amerika və digər xarici dövlətlər iki ölkə liderlərinə zəng edib mesajlar göndərərək, münaqişələrə son qoymağa və sərhəd münaqişələrini dialoq yolu ilə həll etməyə çağırsalar da, sərhəd münaqişələri hələ də davam edir.
Daha çox oxuyun: Qırğızıstan və Tacikistan arasında sərhəd münaqişəsi nəticəsində 16 nəfər ölüb və yaralanıb + VİDEO
Rəy