Azərbaycan 32 erməni əsgərinin meyitini Ermənistana təhvil verib
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı bəyanatda bildirilir ki, sentyabrın 12-dən 14-dək sərhəddə baş vermiş toqquşmalarda həlak olmuş 32 erməni hərbçinin cəsədi Ermənistana təhvil verilib.
Həmin bəyanatda deyilir: Azərbaycan ordusunun nəzarətində olan torpaqlarda aşkarlanan 32 erməni əsgərinin meyitləri ölkənin hərbi məhkəmə orqanlarının qüvvələri tərəfindən müayinə olunub və meyitlərdə zorakılıq əlamətləri aşkar edilməyib.
Sözügedən bəyanatda erməni əsgərlərin qalan cəsədlərinin tezliklə bu ölkəyə təhvil veriləcəyi bildirilir.
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarından etibarən Azərbaycan və Ermənistan hərbi birləşmələri Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində döyüşə başlamışdılar.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iki gün davam edən bu toqquşmalarda bu ölkənin 79 əsgəri həyatını itirmişdir.
Ermənistan da bu ölkənin 135 əsgərinin öldüyünü bildirmişdir.
Daha çox oxuyun:
Azərbaycan və Ermənistan arasında baş verən hadisələrin icmalı və son təfərruatları + FOTO, VİDEO və SƏNƏD
Son münaqişələrdə həyatını itirmiş əsgərlərin sayı 77-ə yüksəldi + FOTO
Qafqazda son vəziyyət
Rəy