Nəsrullah: Kariş yatağından qazın çıxarılması qırmızı xəttdir / Hizbullahın gözü və raketləri Karişə doğrudur / Fələstinli gənclərə təşəkkür edirik
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Əl-Aləmə istinadən xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bu gün 17 sentyabr tarixində Kərbəla şəhidlərinin qırx mərasiminin ildönümü münasibəti ilə çıxış edib.
Livan Hizbullahının baş katibi Bələbək şəhərində İmam Hüseyn (ə) əzadarları qarşısında çıxış edib.
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah İmam Hüseynin (ə) Ərbəin əzadarlarının Bələbək şəhərindəki toplantısında deyib: Ərbəinin möminə ən mühüm dərs və ibrətlərindən biri onun güclü və qüdrətli olması olmasıdır. Bütün çətinliklərə rəğmən zillətə və ümidsizliyə tab gətirməkdir.
O, 20 milyon zəvvarın İmam Hüseyn (ə) eşqi üçün onun müqəddəs hərəminə getdiyini bildirərək dedi: Ərbəin mərasimi ölkələrin, partiyaların və qrupların pulu və sərmayəsi ilə idarə olunmur, ancaq İmam Hüseynə (ə) xalis məhəbbətdir. Ərbəin yürüşü ölkələr, partiyalar və ya digər qurumlar tərəfindən dəstəklənmir, hər şey İmam Hüseynə (ə) olan sevgi və məhəbbətdən ibarətdir.
Seyid Həsən Nəsrullah Səbra və Şətilanın cinayətinə toxunaraq dedi: Səbra və Şətilanın cinayəti ərəblər və sionist rejim arasında mübarizə tarixində ən böyük və ən iyrənc cinayətdir və günahkarlar hələ də cəzalandırılmayıb. Hadisəni törədənlər isə sionist rejimlə əməkdaşlıq edən bəzi livanlı qruplar olub.
Fələstinli gənclərə göstərdikləri cəsarət və qətiyyətə görə təşəkkür və təqdir etdiyini bildirərək dedi: Fələstin xalqı indi qəti nəticəyə gəlib ki, danışıqlar nəticəsizdir və onun yeganə variantı müqavimətdir.
Livan Hizbullahının baş katibi deyib: Suriya bu gün Fələstin xalqına verdiyi dəstəyə görə sionist rejimin hücumuna məruz qalıb, lakin bu fədakarlığı davam etdirməkdə qərarlıdır.
O, vurğuladı: Bütün müqavimət qüvvələri birləşməli və müqavimət cəbhəsi kök salmalıdır.
Livan Hizbullahının baş katibi daha sonra HƏMAS hərəkatının Suriya hökuməti ilə əlaqələrin bərpası ilə bağlı son bəyanatına toxunaraq, bunu HƏMAS-ın perspektivli mövqeyi hesab edib və vurğulayıb ki, Suriya Fələstin və Qüdsün əsl dəstəkçisi həmişə olub və bundan sonra da olacaq.
Seyid Həsən Nəsrullah qazın ələ gətirilməsi Livandakı böhranı həll etmək üçün qızıl fürsət olduğunu bildirib və qeyd edib ki, Livan öz haqqını alana qədər onun yatağından (Karişdən) qaz çıxarılması qırmızı xəttdir.
Livan Hizbullahının baş katibi vurğulayıb: Sərhədin müəyyən edilməsi üçün aparılan danışıqların bizimlə heç bir əlaqəsi yoxdur, lakin bizim gözümüz və raketlərimiz bunun üzərindədir. Mübarizə aparmalı olsaq, buna hazırıq.
O dedi: UNIFIL-in qərarında iştirak edənlər ya cahildirlər, ya da fitnəkardırlar, çünki bu, İsrail tələsidir.
Seyid Həsən Nəsrullah dedi: Bank hadisələri ilə bağlı (deməliyəm), təhlükəsizlik yanaşması kifayət deyil və səlahiyyətlilər real həll yollarını təmin etmək üçün böhran (həlletmə) şöbəsi və təcili şöbə yaratmalıdırlar.
Rəy