Son münaqişələrdə həyatını itirmiş əsgərlərin sayı 77-ə yüksəldi + FOTO

Cümə 16 Sentyabr 2022 - 21:21
https://az.iswnews.com/?p=13303

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Azərbaycan Respublikası ilə Ermənistan arasında baş verən son toqquşmalar nəticəsində 77 əsgərimiz öz həyatını itirib.

Azərbaycan Respublikası və Ermənistan qüvvələri arasında münaqişələrin intensivliyinin azalmasına baxmayaraq, Azərbaycanın rəsmi agentlikləri Ermənistan hərbçiləri ilə münaqişədə itkilərinin sayının 6 nəfərdən ibarət yeni siyahısını dərc edib. Beləliklə, Ermənistan silahlı qüvvələri ilə son döyüşlər zamanı Azərbaycan ordusunun itkilərinin sayı 77-ə çatıb.

Bununla bağlı Azərbaycanın Daxili İşlər Nazirliyi son münaqişələr zamanı həyatını itirənlərin dəfn mərasimlərində dini şüarların səsləndirilməsini qadağan edib və bu qaydanı pozanların cinayət məsuliyyətinə cəlb ediləcəyini açıqlayıb.

Digər tərəfdən, Ermənistanın baş naziri Nikol Paşinyan da Azərbaycan Respublikasının hərbçiləri ilə münaqişə zamanı bu ölkənin itkilərinin sayını açıqlayıb. Paşinyanın sözlərinə görə, son toqquşmalarda ən azı 135 erməni əsgəri həlak olub.

Xatırladaq ki, Azərbaycan Respublikası ilə Ermənistan arasında münaqişə sentyabrın 12-də axşam saatlarında başlayıb. Hələlik bu toqquşmaların səbəbi müəyyən edilməyib və tərəflərdən hər biri digərini atəşkəsi pozmaqda ittiham edir. Nəhayət, sentyabrın 15-də Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Ermənistanla Azərbaycan Respublikası arasında atəşkəs rejiminin həyata keçirilməsinə dair razılaşmanı elan etdi.

Daha çox oxuyun:
Azərbaycan və Ermənistan arasında ötən gecə baş verən qarşıdurmaların təfərrüatları + FOTO və VİDEO
Azərbaycan və Ermənistan arasında sərhəd münaqişələri davam edir

72- Baş çavuş Hüseynli Rəşad Ramiz – 21.05.2000.

73- Əsgər Balaşzadə Röyal Atduxan – 23.11.2003.

74- Əsgər Kəlbiyev İsa Rəhim oğlu – 21.09.2002.

75- Əsgər Qarazadə Nicat Malik – 24.10.2002.

76- Əsgər Qənbərli Rəşad Əlizamin – 25.06.1996.

77- Əsgər Süleymanov Turxan İdris oğlu – 20.09.2002.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi komandası tərəfindən son olaylarda bütün öz həyatlarını itirmiş əsgərlərin xatirəsini səmimi qəlbdən anırıq, Allahdan ailələrinə səbr və özlərinə rəhmət diləyirik. Başın sağ olsun xalq

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir