İsrailin Dəməşq ətrafı hədəflərə hücumu

Cümə axşamı 17 Fevral 2022 - 03:12
https://az.iswnews.com/?p=1322

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Sionist rejim raket hücumu edərək Dəməşqin kənarındakı bəzi mövqeləri hədəfə alıb.

Suriya hərbi mənbəsinin bildirdiyinə görə, çərşənbə günü axşam yerli vaxtla saat 23:35 radələrində İsrail işğal altındakı Qolan təpələrindən Dəməşqin kənarındakı Zakiyə qəsəbəsi ətrafındakı hədəflərə bir neçə yer-yer tipli raket zərbələri endirib, hücum isə maddi ziyan vurub.

Həmçinin Sionist rejim fevralın 9-u səhər saatlarında Dəməşqin kənarındakı mövqeləri hava və raket zərbələri ilə hədəfə almışdır. Bu hücumlar nəticəsində 1 Suriya əsgəri şəhid olmuş, daha 5 əsgər isə yaralanmışdır.

Daha çox oxuyun:

İsrailin Dəməşq ətrafına hava və raket zərbələri + Şəkillər

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir