Yəməndə baş verən son hadisələr, 10 Sentyabr 2022

Şənbə 10 Sentyabr 2022 - 18:07
https://az.iswnews.com/?p=12978

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əl-Həbə Əl-Həzrəmiyyə silahlıları BƏƏ-nin dəstəyi ilə Həzərmut əyalətinin Trim və Sah rayonlarında irəliləyir və Sion şəhərində İslah partiyası silahlılarını mühasirəyə alır.

1- Əbyən:
– Cənub Keçid Şurası İslah partiyası silahlılarının Əbyən vilayətinin şəhərlərinə yenidən daxil olmasının qarşısını almaq üçün vilayətin rayonlarının mərkəzlərində patrul və yoxlamalar təşkil edib.
– Əhvər rayonunda naməlum silahlı qüvvələrin Hizam Əl-Əmni silahlı qüvvələrinə hücumu nəticəsində bu qüvvələrdən 20-dən çox, naməlum silahlı qüvvələrdən isə 8-i öldürülüb. Bəzi yerli mənbələr bu şəxsləri Əl-Qaidə terror qruplaşmasına, bəziləri isə İslah Partiyasına aid edir.

2- Şəbvə:
Sentyabrın 8-də Tariq Salehin qüvvələri Əl-Cənnə və … Useylan rayonundakı neft yataqlarını nəzarət altına almaq üçün Ətəq şəhərinə daxil oldular. Qeyd edək ki, bu ərazilərdə neftin çıxarılması Amerikaya bağlı şirkətlərin əlindədir və son zamanlar amerikalı diplomatların Tariq Salehlə münasibətləri daha da yaxınlaşıb. Nəticədə, Tariq Salehin Yəməndə qüdrətini artırması bu əlaqələrin bəhrəsi kimi qiymətləndirilə bilər.

3- Həzərmut:
– Səudiyyə Ərəbistanı Sion hava limanından Misirin paytaxtı Qahirəyə uçan təyyarənin uçuş marşrutunu dəyişdirərək 6-cı Hərbi Bölgə komandanı, İslah Partiyasının üzvü briqada generalı Heykəl Həntəfi həbs etdi. Onun həbsinə səbəb Əl-Covf cəbhəsindəki fəaliyyətləri olduğu bildirilib.
– Əl-Həbə Əl-Həzrəmiyyə silahlıları BƏƏ-nin dəstəyi ilə Həzərmut əyalətinin Trim və Sah rayonlarında irəliləyir və Sion şəhərində İslah partiyası silahlılarını mühasirəyə alır.

4- Əl-Məhrə:
Əl-Ğəyzə bölgəsindəki 123-cü Piyada Briqadasının komandiri briqada Əhməd Qələm İslah Partiyasından ayrıldığını və Cənub Keçid Şurasına üzv olduğunu açıqlayıb.

5- Əl-Hudəydə:
– Səudiyyə koalisiya qüvvələri bu əyalətdə son 48 saat ərzində atəşkəs rejimini 114 dəfə pozublar.
– Son 48 saat ərzində Səudiyyə koalisiyasının dronları Təiz əyalətinin Hays və Əl-Muqbinə rayonlarını 5 dəfə bombalayıblar.
– Ənsarullahın Səudiyyə koalisiyasının atəşkəsi tez-tez pozmasına qarşı artan təhdidləri ilə Cizan limanı və Qırmızı dənizdən dizel və mazut daşıyan 4 gəmi azad edilərək Əl-Hudəydə limanına daxil olub.

6- Sentyabrın 9-da ABŞ-ın Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Timoti Landerkinq Yəməndə atəşkəs rejiminin artırılmasını müzakirə etmək üçün Fars körfəzinin cənub sərhəddindəki ölkələrə, o cümlədən Oman, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir