Jasem şəhəri də Tafas kimi hökumətlə təhlükəsizlik müqaviləsinə qoşulacaqmı?
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dəraa əyalətində baş verən son təhlükəsizlik insidentləri və sui-qəsdlər bu vilayətin təhlükəsizlik orqanlarından yeni müqavilə imzalamaq üçün şəhərlərin ağsaqqalları və tanınmış şəxsləri ilə danışmağa məcbur edib.
Əldə edilən məlumatlar göstərir ki, Dəraanın təhlükəsizlik komitəsi bu vilayətin təhlükəsizliyini qorumaq üçün hərbi əməliyyatlardan daha çox sülh yolu ilə həll yollarında israrlıdır. Amma eyni zamanda, geniş yayılmış etibarsızlıq və terror təşkilatlarının artan fəaliyyətləri fonunda təhlükəsizlik planlarını da araşdırır.
Dünən Dəraa təhlükəsizlik komitəsinin nümayəndəsi və Suriya ordusunun hərbi təhlükəsizlik şöbəsinin rəhbəri Dəraa vilayətinin şimal-qərbində yerləşən Jasem şəhərində bu şəhərin tanınmış şəxslərinin iştirakı ilə iclasa başlayıb. Bu görüşün keçirilməsində məqsəd Tafas şəhəri kimi təhlükəsizlik razılaşmasına nail olmaqdır. Bu müqaviləyə yerli olmayan şəxslərin deportasiyası, axtarışda olan və İŞİD terror qruplaşmasının üzvü olmaqda təqsirləndirilən şəxslərin, habelə bölgədə təhlükəsizlik əleyhinə tədbirlərdə, o cümlədən bombardmanlar, adam oğurluğu və ordu qüvvələri və ya mülki şəxsləri qətlə yetirən şəxslərin təhvil verilməsi daxildir.
Bu görüşlə eyni vaxtda Suriya hərbçilərinin təhlükəsizlik əməliyyatları da dayandırılıb və üç gün ərzində Jasem şəhərinin ağsaqqalları və nümayəndələrinə Dəraa təhlükəsizlik komitəsinin tələblərinə cavab vermək imkanı verilib. Əldə olan məlumatlar göstərir ki, silahlı qruplar, o cümlədən İŞİD ünsürləri və digər silahlı qruplar bu komitəyə öz cavablarını göndəriblər.
Bəzi mənbələrə görə, Dəraa hərbi təhlükəsizlik şöbəsinin rəisi briqada generalı Lui Əl-Əli Jasem şəhərinin mədəniyyət mərkəzindən çıxdıqdan sonra sui-qəsdə məruz qalıb və bəziləri bu hücumu keçmiş silahlı komandirlərdən biri Xəldun Əl-Bədivi Əz-Zəəbinin öldürülməsinə cavab olduğunu bildiriblər.
Qeyd edək ki, bir müddət əvvəl “Xəldun Əl-Bədivi Əz-Zəəbi” adlı silahlı komandirlərdən biri Dəraa şəhərinin Əz-Zahiyə məhəlləsində briqada generalı Lui Əl-Əli ilə görüşdükdən sonra naməlum silahlı ünsürlərin hücumu nəticəsində öldürülmuşdur. Bu hücum Suriya hökumətinin nəzarəti altında olan ərazilərdə həyata keçirildiyinə görə Əmir Əz-Zəəbinin tabeliyində olan silahlı qüvvələr briqada generalı Əl-Əlini bu hücumun təşkilatçısı və əsas səbəbkarı hesab edirlər.
Rəy