Azərbaycanın müdafiə naziri İsrailin “Rafael” şirkətinin rəhbəri ilə görüşüb
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytına əsasən xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov dünən 6 sentyabr tarixində İsrailin “Rafael” şirkətinin rəhbəri Yoav Har-Even ilə görüşüb.
Qeyd edək ki, Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov sərgidə iştirak etmək üçün Azərbaycanda səfərdə olan İsrailin “Rafael” şirkətinin rəhbəri Yoav Har-Even ilə görüşüb.
Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlığın güclənməsinin vacibliyi və iki dövlətin regional təhlükəsizliyə verdiyi töhfələr barədə ətraflı fikir mübadiləsi aparılıb, eyni zamanda Azərbaycan-İsrail hərbi əlaqələrinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyi xüsusi vurğulanıb.
Rəy