Rusiyanın Kabildəki səfirliyinə kamikadze hücumu nəticəsində 25 nəfər ölüb və yaralanıb + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabildə Rusiya səfirliyinin girişinə kamikadze hücumu nəticəsində ikisi rusiyalı diplomat olmaqla 25 nəfər ölüb və yaralanıb.
Sentyabrın 5-də günorta saatlarında Əfqanıstanın paytaxtı Kabilin 7-ci rayonunda yerləşən Rusiya səfirliyinin girişinə naməlum kamikadzenin hücumu nəticəsində ikisi rus diplomatı, yeddisi mülki şəxs və 3 Taliban silahlısı olmaqla 12 nəfər olub və 13 nəfər isə yaralanıb.
Rusiya Xarici İşlər Nazirliyi, UNAMA nümayəndəliyi və İran İslam Respublikasının Kabildəki səfirliyi, Talibanın Xarici İşlər Nazirliyi, keçmiş prezident Həmid Kərzai və Əfqanıstanın əvvəlki hökuməti də Milli Barışıq Şurasının rəhbəri Abdulla Abdulla bu hücumu qınamışdı. Hələlik heç bir şəxs və ya qrup bu terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib və Rusiya və Taliban nazirlikləri hadisəni araşdırdıqlarını açıqlayıb.
Rusiyanın Əfqanıstandakı səfirliyinə terror hücumu Əfqanıstanda təhlükəsizliklə bağlı ən mühüm hadisələrdən biridir. Bu hərəkət Talibanın kəşfiyyat orqanlarının zəifliyi ilə yanaşı, anti-Taliban qruplarının gücünün artmasına və onların hücumlarının Əfqanıstanda nüfuzu olan ölkələrin maraqlarına yönəlməsinə dəlalət edir.
Daha çox oxuyun:
Həratda partlayış; Mucibur Rəhman Ənsari öldü! + FOTO və VİDEO
Kabil şəhərindəki Siddiqiyyə məscidində terror partlayışı baş verib + VİDEO və FOTO
Rəy