Əhməd Məsud qüvvələri Talibanla bir illik döyüşdən hesabat yayımlayıb
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əhməd Məsud qüvvələri (Əfqanıstan Milli Müqavimət Cəbhəsi) son bir ildə Taliban qruplaşması ilə münaqişələrinin hesabatını və statistikasını yayımlayıb.
Əhməd Məsud qüvvələri (Əfqanıstan Milli Müqavimət Cəbhəsi) sentyabrın 3-də son bir ildə bu qüvvələrin Talibana qarşı fəaliyyətinin statistikasını hesabat kimi yayımlayıb. Bu hesabata əsasən, son bir ildə Əhməd Məsud qüvvələri ilə Taliban silahlıları arasında baş verən qarşıdurma zamanı Talibanın 715-dən çox üzvü və Əhməd Məsud qüvvələrinin 121 üzvü öldürülüb, yüzlərlə insan isə yaralanıb. Həmçinin Talibanın 60 üzvü bu qüvvələr tərəfindən əsir götürülüb.
Əhməd Məsud qüvvələrinin illik hesabatında bildirilir ki, Taliban silahlıları 29 əyalətdə, xüsusilə Pəncşir, Bəğlan və Təxar əyalətlərində 2299 nəfəri güllələyib və qətlə yetiriblər. Həmçinin onların qeyri-insani davranışları və ölümcül işgəncələri Talibana müxalif qrupları ilə heç bir əlaqəsi olmayan 7000 ailənin və yüzlərlə mülki vətəndaşın didərgin düşməsinə səbəb olub.
Əhməd Məsudun qüvvələri təşkilatlarının strukturunu izah edərkən qüvvələrinin əvvəlki hökumətdə Müdafiə Nazirliyi, Dövlət və Kəşfiyyat Təşkilatı Müdirliyinin zabit və əsgərlərindən ibarət olduğunu bildirərək, qüvvələrinin sayının üç min olduğu və hazırda Pəncşir, Bəğlan, Təxar, Kapisa və Bədəxşan da daxil olmaqla beş əyalətdə Taliban silahlılarına qarşı döyüşdüklərini iddia edib.
Əhməd Məsud qüvvələrinin son bir ilki qarşıdurmalardan açıqladığı statistika və rəqəmlər adətən qarşı tərəfin itkilərini böyütməklə təqdim edən yerli və cəbhə mənbələrinin dərc etdiyi xəbərlərə əsaslanır. Bu səbəbdən, bu hesabatın rəqəmlərinin etibarlılığı və istinadları zəifdir və Əfqanıstandakı vəziyyətin reallığı ilə çox uyğun gəlmir.
Rəy