Yəməndə baş verən son hadisələr, 4 Sentyabr 2022

Bazar 4 Sentyabr 2022 - 19:19
https://az.iswnews.com/?p=12753

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Səudiyyə koalisiyasının komandanlığı Əl-Məhrə və Həzərmut əyalətlərinin nəzarəti və təhlükəsizliyini Tariq Salehin komandanlığındakı “Milli Müqavimət” qüvvələrinə həvalə edib.

1- Həzərmut:
– BƏƏ və Səudiyyə Ərəbistanının razılığı ilə Milli Müqavimət qüvvələri Həzərmut və Əl-Məhrə əyalətlərini nəzarətə götürəcək. Bununla əlaqədar olaraq, Tariq Salehin komandanlığı altında daha əvvəl Şəbvə əyalətinin sahillərində yerləşdirilən yüzlərlə birgə qüvvə Həzərmut və Əl-Məhrə əyalətlərinə göndəriləcək.
– Sentyabrın 3-də BƏƏ-nin dəstəklədiyi qüvvələr Həzərmut əyalətində İslah partiyası silahlılarının təslim olmasını və 48 saat ərzində hökumət binalarının təhvil verilməsini tələb ediblər.
– Seiyun şəhərindəki İslah Partiyasının silahlıları bəyanat yayaraq Həzərmut əyalətində nəzarətləri altında olan mərkəzləri BƏƏ-nin dəstəklədiyi qüvvələrə verməkdən imtina ediblər və mövqelərini qorumaq üçün döyüşməyə hazır olduqlarını bəyan ediblər.

2- Əl-Hudəydə:
Səudiyyə koalisiya qüvvələri bu əyalətdə son 48 saat ərzində atəşkəs rejimini 126 dəfə pozublar.

3- Sənaa:
– Yəmən Neft Şirkətinin sözçüsü İsam Əl-Mütəvəkkilin açıqlamalarına görə, Səudiyyə koalisiyası yanacaq daşıyan 4 gəmini ələ keçirərək, ələ keçirilən gəmilərin sayını 9-a çatdırıb. Atəşkəsin son uzadılmasından bəri heç bir yanacaq daşıyan gəminin Əl-Hudəydəyə daxil olmasına icazə verilməyib.
– Ənsarullahın nəzarətində olan bölgələrdə yanacaq çatışmazlığı səbəbindən Yəmən Neft Şirkəti Sentyabrın 3-dən bazar günü səhər saatlarından etibarən Yəməndə fövqəladə yanacaq tədarükü planının icrasını elan etdi.

4- Sentyabrın 2-də Amerikanın Yəməndəki səfiri Stiven Faqin, Yəmənin istefa vermiş hökumətinin prezident şurasının üzvləri arasında iki ayrı iclasda mübahisəni həll etmək üçün İdrus Əz-Zubeydi ilə video müsahibədə və Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində Tariq Saleh ilə danışıb.

5- Sentyabrın 1-də İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Cəmaran” hərbi gəmisi Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyinin yaradılması missiyasını yerinə yetirərkən, Amerika terrorçu ordusunun iki xüsusi məlumat toplama və uzaqdan idarə olunan qayıqını ələ keçirdi. Bu hərəkətdən sonra Yəmən Hərbi Dəniz Qüvvələrinin xüsusi bölmələri İran qüvvələrinə dəstək vermək üçün hazır vəziyyətdə olublar.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir