Suriyada baş verən son hadiələsr, 4 Sentyabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya ordusuna məxsus qırıcı təyyarə Suveyda əyalətinin Əl-Xalidiyyə kəndi yaxınlığında texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
1- Hələb:
– Sentyabrın 3-də Hələbdə Maree cəbhəsində kürd silahlıları ilə Ceyş Əl-Vətani terrorçuları arasında qarşıdurma olub. Hələlik bu münaqişələrdə tərəflərin itki və dəymiş ziyanı barədə məlumat dərc edilməyib.
– Avqustun 31-də Hələbin qərbində yerləşən Kəfər-Təal kəndində terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
2- İdlib:
– Sentyabrın 2-də İdlibin cənubunda yerləşən Əl-Barə və Əl-Futeyra bölgələrində terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– Sentyabrın 2-də Suriya ordusunun iki əsgəri Muərrət Ən-Numan cəbhəsində terrorçular tərəfindən şəhid edildi.
– Sentyabrın 1-də Rusiya ordusunun kəşfiyyat dronlarının İdlibin cənubunda yerləşən Əl-Barə qəsəbəsi üzərində uçuşlar apardığı bir vaxtda bu qəsəbənin kənarındakı terrorçuların movqeləri Suriya ordusunun artilleriya hücumlarına məruz qalıb.
– Sentyabrın 1-də İdlibin cənubunda yerləşən Ər-Ruveyhə kəndindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– Avqustun 31-də Rusiya qırıcı təyyarələri İdlibin cənubunda yerləşən Sərcə və Bezabur kəndlərindəki terrorçuların mövqelərini hədəfə alıb.
– Avqustun 30-da Məcdəliya kəndindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.
3- Dəraa:
Sentyabrın 2-də Ənxəl şəhərinin şərqində minanın partlaması nəticəsində “Heysəm Məhəmməd Əl-Ömər” adlı mülki şəxs həlak olub.
4- Deyr əz-Zor:
– Sentyabrın 3-də heliburn əməliyyatı zamanı Amerika koalisiya qüvvələri Əş-Şəhil şəhərinin sakinlərindən birini İŞİD qruplaşması ilə əlaqədə olmaqda ittiham edərək həbs ediblər.
– Sentyabrın 3-də Əl-Ömər neft yatağında yerləşən Amerika koalisiyasının mövqeləri üç raketlə hədəfə alınıb.
Daha ətraflı: Deyr əz-Zor əyalətində Amerika koalisiyasının mövqelərinə raket zərbələri endirilib
– Avqustun 30-da Amerika koalisiya qüvvələri Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağında yerləşən hərbi bazada təlim keçirib.
– Avqustun 31-də İŞİD ünsürlərinin Suriya Demokratik Qüvvələrinin (SDQ) Əz-Zir qəsəbəsindəki nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində bir neçə SDQ qüvvəsi öldürülüb və yaralanıb.
– Avqustun 31-də Amerika koalisiya qüvvələri Deyr əz-Zor əyalətində yerləşən Ziban bölgəsində patrul xidməti həyata keçirib.
5- Raqqa:
– Sentyabrın 3-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə M4 magistralını və Eyn-İsa ətrafını hədəfə aldılar.
– Avqustun 31-də Raqqada yerləşən Ət-Təbqə hərbi hava limanı yaxınlığında İŞİD ünsürlərinin Suriya ordusuna məxsus avtomobilə hücumu nəticəsində 1 Suriya əsgəri şəhid olub, 3 əsgər yaralanıb.
– Avqustun 30-da Rusiya qırıcı təyyarələri Raqqanın cənub-qərbindəki Rəssafə bölgəsində İŞİD-in sığınacaqlarına hücum edib.
6- Həsəkə:
– Sentyabrın 1-də Həsəkədə yerləşən Amuda şəhəri üzərində Türkiyə ordusunun casus dronlarının uçuşu müşahidə edilib.
– Avqustun 31-də, kürd silahlılarının təhlükəsizlik əməliyyatlarının ardıcıl altıncı günündə Əl-Hul düşərgəsində 11 nəfər həbs olundu.
– Amerika koalisiyası Qamışlı şəhərinin kənarındakı Naqara kəndi yaxınlığında yeni hərbi baza tikib. Hazırda Amerikanın Qamışlı şəhəri ətrafında üç hərbi bazası var.
Daha ətraflı: Amerika Suriyanın şimal-şərqində yeni hərbi baza tikib
7- Dəməşq:
Avqustun 31-də Suriya ordusunun qüvvələrindən biri Dəməşqin Renkos bölgəsində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.
8- Suveyda:
Sentyabrın 2-də Suriya ordusuna məxsus qırıcı təyyarə Əl-Xalidiyyə kəndi yaxınlığında texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Qırıcı pilotunun hadisədən sağ çıxdığı bildirilir.
9- Hama:
Sentyabrın 4-də Suriya Müdafiə Nazirliyi Suriya ordusuna məxsus helikopterin Həma vilayətində təlim uçuşu zamanı texniki nasazlıq səbəbindən qəzaya uğradığını açıqlayıb.
Daha ətraflı: Suriya ordusunun helikopteri Həmada qəzaya uğrayıb + FOTO
10- Avqustun 31-də sionist rejim ordusu bir neçə raket ataraq Hələb və Dəməşqin beynəlxalq hava limanlarını hədəfə aldı ki, bu da maddi ziyanla nəticələndi.
Daha ətraflı: Sionist rejim Suriyaya hava zərbələri endirib + FOTO
11- Sentyabrın 2-də Amerika koalisiyasına aid 40-dan çox yük maşını İraq Kürdüstanı sərhədindən və qeyri-qanuni Əl-Vəlid keçidindən Suriyadakı Amerika bazalarına daxil olub.
12- Sentyabrın 3-də Suriyadakı Rusiya Barışıq Mərkəzi elan etdi: Terrorçular İdlib bölgəsində 3 dəfə atəşkəsi pozublar, bunlardan 1-i Latakiya əyalətində, 1-i İdlib əyalətinin özündə və digəri də Hələb vilayətində baş verib.
Rəy