Deyr əz-Zor əyalətində Amerika koalisiyasının mövqelərinə raket zərbələri endirilib
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyanın Deyr əz-Zor əyalətində yerləşən Əl-Ömər neft yatağında Amerika koalisiyasının mövqeləri müqavimət dəstələrinin raket hücumları ilə hədəfə alınıb.
Sentyabrın 3-də Ömər neft yatağında yerləşən Amerika koalisiyasının mövqeləri üç raketlə hədəfə alınıb. Hələlik bu hücum nəticəsində ölənlərin və dəyən ziyanın miqdarı barədə məlumat verilməyib.
Bu hücumun məsuliyyətini heç bir dəstə öz üzərinə götürməsə də, müqavimət cəbhəsi ilə Amerika hərbçiləri arasında gərginlik və qarşıdurmaların artması və agentliyimizin Suriyadakı mənbəsinin açıqlamaları görə bu hücum müqavimət dəstələri tərəfindən Katyuşa raketlərindən istifadə etməklə həyata keçirilib.
Xatırladaq ki, bu il avqustun 25-də Əl-Ömər neft yatağında yerləşən Amerika koalisiyasının mövqeləri dron hücumu ilə hədəfə alınmışdır.
Daha çox oxuyun: ABŞ koalisiyasının Deyr əz-Zor əyalətindəki bazasına dron hücumu olub
Rəy