Yəmən ordusu Əl-Hudəydə sahillərində möhtəşəm parad keçirib + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əl-Hudəydə sahillərində Yəmən ordusu və Ənsarullah döyüşçülərinin “Axirət Vədi” adı altında paradı keçirilib.
Yəmən silahlı qüvvələrinin möhtəşəm paradı Əl-Hudəydə sahillərində “Axirət Vədi” paradı adı altında 20 mindən çox Ənsarullah döyüşçüsü və Yəmən ordusunun iştirakı ilə Yəmənin Qurtuluş Hökumətinin yüksək vəzifəli şəxsləri qarşısında keçirilib.
Yəmən inqilabının lideri Seyid Əbdülməlik Bədruddin Əl-Husi “Axirət Vədi” paradında (Axirəzzəmana aid İsra surəsinin yeddinci ayəsindən istifadə olunub) birbaşa video bağlantı ilə Müdafiə Nazirliyini və Yəmən döyüşçülərini təriflədi və onlardan təşəkkür etdi və dedi: “Bu Paradların keçirilməsində məqsəd xalqa arxayınlıq vermək və tamahkar və təcavüzkar düşmənlərə mesaj verməkdir”. Seyid Əl-Husi çıxışına davam edərək, xalqı və ölkəsini müdafiə etmək üçün ordunun qurulması və təchiz edilməsini bildirib. O vurğulayıb ki, ordu irqçi, dini və regional müqavilələr dalınca deyil, Quran mədəniyyəti və inancı əsasında inkişaf edib. Bugünkü ordu Quranın mövqeyindən hərəkət edir və fitnəkarlara və hegemonlara xidmət etmək üçün qurulmayıb.
Qeyd edək ki, bu paradda Yəmən ordusu donanmanın bəzi silahlarını, məsələn, yerli, modifikasiya edilmiş və Rusiya istehsalı olan raketləri, o cümlədən Məndəb 1, Məndab 2, Faliq 1, Rubic, eləcə də Kərrar 1, Mücahid, Üveys və Asif 4 dəniz minalarını təqdim edib.
Ənsarullahın paradları və güc nümayişi Səudiyyə-İsrail koalisiyasının media müharibəsinə ən yaxşı cavabdır. Son zamanlar Səudiyyə və sionist mediaları şübhəli xəbərlər və hesabatlar dərc etməklə Yəmən xalqının ruhiyyələrini məhv etməyə çalışsalar da, Ənsarullahın hərbi paradları və manevrləri hərbi hazırlığı qorumaqla yanaşı, təsirli media qarşıdurması nümayiş etdirib. Bu məqsədəuyğun hərəkət medianın işıqlandırılması və Ənsarullahın bu proqramları yaxşı təsvir etməsi ilə bağlıdır.
Rəy