Həratda partlayış; Mucibur Rəhman Ənsari öldü! + FOTO və VİDEO

Şənbə 3 Sentyabr 2022 - 01:25
https://az.iswnews.com/?p=12652

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Hərat şəhərindəki Qozərqah mərkəzi məscidində törədilən terror partlayışı nəticəsində bu məscidin imamı Moləvi Mucibur Rəhman Ənsari də daxil olmaqla 29-dan çox adam həlak olub və onlarla insan yaralanıb.

Naməlum kamikadzenin dünən 2 sentyabr tarixində Hərat şəhərinin şimal-şərqində yerləşən Qozərqah mərkəzi məscidində terror partlayışı nəticəsində bu məscidin imamı Moləvi Mucibur Rəhman Ənsari də daxil olmaqla 29 nəfər həlak olub, onlarla mülki şəxs yaralanıb. Həratdakı bəzi yerli mənbələrə görə, partlayış zamanı bu məsciddə Talibanın baş nazirinin müavini Molla Əbdül-Ğəni Bəradər, Hərat qubernatoru Moləvi Nur Əhməd İslamcar və Taliban Müdafiə Nazirliyinin nəzarətçisi Moləvi Lütfullah Həkimi də olub.

Hələlik heç bir şəxs və ya qrup bu terror aktına görə məsuliyyəti üzərinə götürməyib, lakin bəzi yerli mənbələr İŞİD terror qruplaşmasının bu hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Talibanın sözçüsü Zəbihullah Mücahid də Moləvi Mucibur Rəhman Ənsarinin ölümündən sonra bildirib ki, bu böyük cinayəti törədənlər öz pis əməllərinə görə cəzalandırılacaqlar.

Moləvi Mucibur Rəhman Ənsari kimdir?

Mucibur Rəhman Ənsari Xacə Məhəmməd Rəfiq Ənsarinin oğludur və 1982-ci ildə Hərat şəhərinin Qozərqah məhəlləsində anadan olmuşdur. 15 yaşında Qurani-Kərimin hafizi, 19 yaşında isə Həratın Qozərqah mərkəzi məscidinin imamı olub. O, puştun tayfasından olub, Həratın ifratçı din alimlərindən biri və Əfqanıstanda Taliban qruplaşmasının qatı tərəfdarlarından idi.

Ənsari bu il aprelin 23-də etdiyi xütbələrdən birində Novruz bayramının qeyd olunmasını haram elan etmiş və Səudiyyə Ərəbistanının “Visali Həq” telekanalına verdiyi müsahibədə Əfqanıstanın bütün şiələrini rafizi (dindən çıxmış) və müşrik adlandırmış və Əfqanıstan hökumətindən xahiş etmişdir ki, bütün şiələri dövlət qurumlarından çıxarsın.

Daha çox oxuyun:
Talibanın kamikadze təlimçisinin, özü kamikadze qurbanı oldu + VİDEO və FOTO
Kabil şəhərindəki Siddiqiyyə məscidində terror partlayışı baş verib + VİDEO və FOTO
Əfqanıstan və Pakistan silahlı qruplarının gizli müharibəsi

Video: Qozərqah mərkəzi məscidinin terror partlayışından sonrakı vəziyyəti
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir