Ayətullah Amili: Laçın şəhərinin və onun ətraf kəndlərinin qayıdışı münasibətilə Azərbaycan xalqını təbrik edirik
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, bu sözləri İranın Ərdəbil vilayətinin İmam Cüməsi Ayətullah Seyid Həsən Amili cənabları bu gün 2 sentyabr tarixində etdiyi cümə xütbələrində deyib.
Bu gün cümə namazı xütbəsində cənab Amili belə deyib: “Laçın şəhəri və ətraf kəndlərin Azərbaycana qaytarılması münasibəti ilə Azərbaycan xalqını təbrik edir və Allahdan Azərbaycanın işğal altında olan bütün ərazilərinin tezliklə Azərbaycana qaytarılmasını diləyirik. Ali məqamlı rəhbərimiz bütün Qarabağın Azərbaycana məxsus olmasını açıq şəkildə müdafiə edib və İran, Qarabağın işğalı zamanı bütün beynəlxalq forumlarda həmişə Azərbaycana dəstək olub. Birinci Qarabağ müharibəsində İran əlindən gələni etdi, heç bir şeydən çəkinmədi və ən çətin təhlükələri Azərbaycandan uzaqlaşdırdı. Uzun illərdir ki, torpaqlarımız Biləsuvardan Naxçıvana getmək üçün Azərbaycanın ixtiyarındadır və İran torpaqlarını tamam səxavətlə Azərbaycanın ixtiyarında qoyub. Həmçinin İran torpağında böyük bir yol çəkilir ki, Azərbaycanı Naxçıvan və Türkiyəyə ən yaxın marşrutla birləşdirsin. (Birinci Qarabağ müharibəsindən və Dağlıq Qarabağın) Əgər İşğal zamanı İranın köməyi haqqında yazsam, Allah bilir, o kitabın qalınlığı nəqədər olar”.
Ayətullah Amili Azərbaycan xalqına bəzi suallar ünvanlayaraq davam edib: “Böyük Azərbaycan xalqına bir neçə sualım var. Heç düşünmüsünüz ki, Azərbaycanda İran əleyhinə təbliğat kimlər tərəfindən aparılır? Heç düşünmüsünüzmü ki, onların bu təbliğatlardan məqsədi nədir? Bəs siz heç düşünmüsünüzmü ki, niyə dünyanın həç yerində “Yaxşılığın əvəzi ancaq yaxşılıqdır! (Əl-Rəhman surəsi-60) ” bu prinsip pozulmur, Azərbaycandan başqa? Heç düşünmüsünüzmü ki, son vaxtlar millətçilər niyə rəhbərimizə qarşı durublar və özlərinə Ali Məqamlı Rəhbəri təhqir etməyə icazə veriblər? Rəhbərimiz Qarabağı müdafiə etməkdə nəyi əsirgədi? Ali Məqamlı Rəhbərin məşhur çıxışı müharibə illərində Azərbaycana ən fərqli dəstək oldu. İnqilabın Ali Rəhbərindən təşəkkür bu son vaxtlar icazə verilən ona olunan təhqirlərdirmi? Xüsusən də (bu təhqirlər) Azərbaycan hökumətinin rəsmi mövqeyini ifadə edən mətbuatda öz əksini tapdı”.
O bildirib ki, “Mən Azərbaycan xalqından ciddi şəkildə xahiş edirəm ki, bu suallar üzərində yaxşı düşünsünlər, diqqətlə araşdırsınlar, dəqiq tədqiqat aparsınlar. O zaman yaxşı nəticələr əldə edəcəksiniz və hər gün İranı təhqir edən siyasətçilərin mahiyyətini, tərcümeyi-halını öyrənəcəksiniz. İmam Şafeyini bizdən yaxşı tanıyırsınız. Ondan soruşdular: “Fitnə dövründə Haqq əhlini batildən necə ayırd edək? O cavab verdi: “Düşmənin oxunu izlə, o ox səni onlara çatdırar (düzgün yol göstərər, dostun və düşmənin kimliyini sənə aydın edər)”.
Ərdəbilin İmam Cüməsi təkid etdi: “Biz bu fitnələri yaradan sionistlərə deyirik ki, Azərbaycanda nə qədər siyasətçi və nə qədər qəzet ala bilsəniz də, amma əmin olun ki, Əmirəlmöminin-in (ə) şiələrini ala bilməyəcəksiniz”.
Rəy