İraqın şimalında türk əsgəri həlak olub

Cümə 2 Sentyabr 2022 - 15:14
https://az.iswnews.com/?p=12626

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin daha bir əsgərinin həlak olduğunu açıqlayıb.

Sentyabrın 1-də Türkiyənin Müdafiə Nazirliyi İraqın şimal bölgələrində keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı əsgərlərindən birinin həlak olduğunu etiraf edib. Bu türk əsgəri İraqın şimalında tələnin partlaması nəticəsində yaralanıb və aldığı xəsarətlərin şiddətindən tibb mərkəzinə aparıldıqdan sonra dünyasını dəyişib.

Bu türk əsgərinin ölümü ilə Türkiyə ordusunun “Qıfıl Pəncəsi” əməliyyatında verdiyi itkilərin sayı 50 nəfərə yüksəldi.

Həmçinin, bu il avqustun 13-də Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı əsgərlərindən birinin öldüyünü açıqlamışdır.

Daha çox oxuyun: İraqın şimalında bir türk əsgəri həlak olub

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir