Müqtəda Sədrin sözçüsü: İran İraqdakı dəvəsini yüyənləsin!
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Müqtəda Sədrə yaxın şəxslərdən biri bəyanat yayaraq İraq Şiələrinin Koordinasiya Mərkəzini tənqid edib və İrana İraqda onun himayəsi altında olan dəstələrə nəzarət etməsi barəsində xəbərdarlıq edib!
Müqtəda Sədrin yaxınlarından biri və onun mövqelərini əks etdirən Saleh Məhəmməd Əl-İraqi bəyanat yayaraq, İraq Şiələrinin Koordinasiya Mərkəzinin parlament iclasının keçirilməsi və yeni hökumətin qurulması qərarını sərt tənqid edib.
O, son hadisələrdən cəmi bir neçə gün sonra Koordinasiya Mərkəzinin hökumətin qurulması təklifini tənqid edərək, deyib: “Dinc nümayişlərdə və onların (Koordinasiya Mərkəzinin) çirkli silahlılarının güllələri ilə ölənlərin qanı hələ qurumayıb. Onlar (Koordinasiya Mərkəzi) elə davranırlar ki, sanki son hadisənin qurbanları terrorçu və ya sionistdirlər və onların dinləri və ölkələri ilə heç bir əlaqəsi yoxdur”.
O, konkret bir qruplaşmaya və ya qrupa istinad etmədən iddia etdi ki, “Bəzi qruplar bir dəfə də olsun korrupsiyanın üzə çıxarılması üçün heç bir tədbir görməyiblər və onlar nəinki fəsad həvəskarlarıdırlar, hətta islahat düşmənləridirlər və bir dəfə şəhid olmalarına, bir dəfə parlamentdən çıxışlarına, bir dəfə də nümayişlərdə sevinirlər. Əgər Koordinasiya Mərkəzi matəm elan etməsə, mən və Sədr hərəkatı onlara qarşı təbii ki, zorakılıq və terrordan uzaq bütün üsullardan istifadə edəcəyik və bu gündən etibarən bizi birinci dərəcəli düşmən hesab etməlidirlər”.
Əl-İraqi bəyanatının sonunda İrana xəbərdarlıq edib: “İran İraqdakı dəvəsini yüyənləsin, əks halda peşman olacaq”.
Qeyd edək ki, Sədr hərəkatının bu mövqelərinin dərci Şiələrin Koordinasiya Mərkəzinin fitnənin qarşısını almaq və mövcud şəraitə son qoymaq üçün yeni hökumət qurmaq təklifindən sonra baş verib.
Məhəmməd Əl-İraqi bu bəyanatında İranın İraqa qarışmaq niyyətini açıq şəkildə bildirməsə də, onun ironik xəbərdarlığı göstərir ki, o, şiə siyasi dəstələrin və müqavimətə yaxın qüvvələrin hərəkətlərinə çox qəzəblidir və İranı İraqdakı son hadisələrin pərdəarxası faktorlarının içində olanlardan biri kimi göstərmək istəyir!
Daha çox oxuyun:
Əl-Kazimi baş nazir vəzifəsindən istefa verəcəyi ilə hədələyib!
İraqda iğtişaşların sonu; Sədrin son hadisələrlə bağlı mətbuat konfransı
İraqdakı son hadisələr; Ayətullah Hairinin açıqlamasından Sədrin siyasətdən uzaqlaşmasına qədər! + FOTO və VİDEO
Rəy