Əl-Kazimi baş nazir vəzifəsindən istefa verəcəyi ilə hədələyib!

Cümə axşamı 1 Sentyabr 2022 - 16:14
https://az.iswnews.com/?p=12583

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqın baş naziri İraqdakı siyasi vəziyyətdən təəssüfləndiyini bildirib və son qarşıdurmaların davam edəcəyi təqdirdə istefa verəcəyi ilə hədələyib.

İraqın baş naziri Mustafa Əl-Kazimi çərşənbə axşamı (30 avqust) axşam televiziya ilə çıxışında bildirib ki, o, İraq xalqına bütün gücü ilə xidmət edib və heç vaxt xalqa qarşı məsuliyyətindən yayınmayacaq.

Hakimiyyətin sülh yolu ilə təhvil verilməsini dəstəklədiyini bildirən Əl-Kazimi xəbərdarlıq edib: “Məntiqə məhəl qoymadan gərginliyi və qarşıdurmanı davam etdirmək istəyirlərsə, öz mənəvi və milli məsuliyyətimi yerinə yetirərək Qanununun 81-ci maddəsinə istinadən baş nazir vəzifəsindən əl çəkəcəm və siyasi qüvvələri İraq milləti və tarixi qarşısında məsul qoyacam”.

İraqın baş naziri həmçinin son silahlı qarşıdurmalarda bitərəf qalan və gərginliyin pik nöqtəsində silahlarını İraq xalqına çevirməkdən imtina edən İraq hərbi qüvvələrini də yüksək qiymətləndirib.

Bununla əlaqədar, İraqın müdafiə naziri Cümə İnad Əs-Səədun bəyanat yayaraq, İraq ordusunun Bağdaddakı iğtişaşlar zamanı hökumət qurumlarını, ictimai və şəxsi əmlakı, eləcə də son dövrlərdə təmkin və neytrallığı qorumaq üçün göstərdikləri səyləri yüksək qiymətləndirib.

Daha çox oxuyun:
İraqda iğtişaşların sonu; Sədrin son hadisələrlə bağlı mətbuat konfransı
İraqdakı son hadisələr; Ayətullah Hairinin açıqlamasından Sədrin siyasətdən uzaqlaşmasına qədər! + FOTO və VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir