İraqda baş verən son hadisələrdə şəhid olan Həşd-Şəəbi qüvvələrinin dəfn mərasimi keçirilib + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Sədr Hərəkatı tərəfdarlarının Bağdadın Yaşıl Zonasındakı Həşd-Şəəbi təşkilatının qərargahında raket hücumu zamanı şəhid olan 4 nəfərin dəfn mərasimi keçirilib.
Avqustun 31-də Həşd-Şəəbi şəhidlərindən dördünün “Həməd Sərhan əl-Harişavi”, “Heydər Salman əl-Şəveyli”, “Müslim Əqil Talib” və “Əli Səlim əl-Cabiri” adlı dəfn mərasimi Əsaib Əhlil-Həqq müqavimət dəstəsinin baş katibi “Qeys Əl-Xəzəli”nin iştirakı ilə keçirilib.
Həşd-Şəəbi Təşkilatının açıqlamasına görə, bu qüvvələr son iğtişaşlar zamanı Bağdadın Yaşıl Bölgəsində bu təşkilatın qərargahına Müqtəda Sədr tərəfdarlarının raket hücumu nəticəsində şəhid olublar.
Qeyd edək ki, Müqtəda Sədr siyasətlə vidalaşdıqdan sonra bazar ertəsi günortadan sonra Sədr hərəkatının tərəfdarları Bağdadın Yaşıl Zonasına toplaşdılar. Tədricən etiraz aksiyaları silahlı qarşıdurmalara çevrildi və iki gün davam etdi. Bu toqquşmalar zamanı 30 nəfər həlak olub, 110-u İraq təhlükəsizlik qüvvələri də daxil olmaqla 700-dən çox insan yaralanıb.
Daha çox oxuyun:
İraqda iğtişaşların sonu; Sədrin son hadisələrlə bağlı mətbuat konfransı
Rəy