Sionist rejim Suriyaya hava zərbələri endirib + FOTO

Cümə axşamı 1 Sentyabr 2022 - 00:07
https://az.iswnews.com/?p=12553

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim qırıcıları Suriyanın Hələb və Dəməşq əyalətlərindəki hədəflərə bir neçə raket zərbəsi endiriblər.

Suriya hərbi mənbəsinin verdiyi məlumata görə, çərşənbə günü 31 avqust tarixində yerli vaxtla saat 20:00 radələrində İsrail Hələb beynəlxalq hava limanını bir neçə raketlə hədəfə alıb və nəticədə maddi ziyan dəyib.

Bu hücumla eyni vaxtda Mahan Air şirkətinə məxsus Airbus A300B4 sərnişin təyyarəsi Hələb Beynəlxalq Hava Limanına doğru yola düşmüşdü və deyəsən, o, istiqamətini Dəməşq hava limanına dəyişib. Bu məsələ Hələb Beynəlxalq Hava Limanının uçuş-enmə zolağına ziyan dəyməsi ilə bağlı fərziyyələri gücləndirir.

Sionistlərin Hələb Beynəlxalq Hava Limanına hücumundan bir neçə dəqiqə sonra Dəməşq Beynəlxalq Hava Limanı da İsrail ordusunun hədəfində olub. Hələlik bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Dəməşq-Moskva reysi (Sham Wings Airlines) və Mahan Air-ə məxsus Airbus A300B4 sərnişin təyyarəsinin Dəməşq Beynəlxalq Hava Limanına eniş ehtimalını nəzərə alaraq, sionist rejimin hava hücumunda bu hava limanının uçuş-enmə zolaqlarının zədələnməsi fərziyyəsi istisna edilir. Buna baxmayaraq, peyk şəkillərinin yaxın günlərdə yayımlanması bu hadisənin bucaqlarını aydınlaşdırmağa və sionistlərin Suriyaya son hücumları ilə bağlı dərc olunan xəbərləri təsdiq və ya təkzib etməyə kömək edə bilər.

Qeyd edək ki, avqustun 25-də İsrail qırıcıları Tərtus vilayətinin cənub-qərbindən bir neçə raket ataraq Həma şəhəri və Tərtus şəhərinin kənarındakı hədəflərə hücum etmişdir və bu zaman iki mülki şəxs yaralanmışdır.

Daha çox oxuyun: Sionist rejimi Suriyaya hava zərbələri endirib + FOTO və VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir