Azərbaycan Respublikası yenidən Hüseyniyyunun təhvil verilməsini tələb edir! + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev avqustun 30-da Tehrana səfər edərək İranın Baş prokuroru Höccətül-İslam Vəl-Müslimin Məhəmməd Cəfər Montəzeri ilə görüşüb. Deyilənə görə, Azərbaycan tərəfinin əsas tələblərindən biri də Hüseyniyyun müqavimət təşkilatının bəzi üzvlərinin Bakı hökumətinə təhvil verilməsidir!
Mizan xəbər agentliyinin hesabatı
Mizan xəbər agentliyi bu hadisəni işıqlandırarkən danışıqların təfərrüatlarını qeyd etməyib, çox ehtimal ki, təfərruatlar məhrəmanə olub. Bu barədə bu xəbər agentliyi yazıb: “Kamran Əliyev Azərbaycan və İranın eyni bölgədə olduğunu və uzun sərhədlərə malik olduğunu, bunun iki ölkə vətəndaşlarının get-gəl etməsinə və bəzən problemlər yaranmasına səbəb olduğunu, həmçinin müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi apara bilmələrini vurğulayıb”.
Əliyev deyib: “Biz iki sahədə fikir mübadiləsi apara bilərik, birincisi bizim ixtiyarımızda olmayan və onlara təsir edə biləcəyimiz məsələlərdir. Misal üçün Sərhəd məsələləri, gömrük, ekoloji problemlər, humanitar məsələlər, Azərbaycan səfirliyinin fəaliyyəti, narkotiklərin qanunsuz dövriyyəsi və təhlükəsizlik məsələləri bu kateqoriyaya daxildir”.
Azərbaycan Respublikasının Baş Prokuroru bildirib: “İkinci kateqoriyaya cinayətkarların ekstradisiyası, ölkələrimizdə yaşayan Azərbaycan və İran vətəndaşlarının hüquqi statusunun araşdırılması və digər hüquqi və məhkəmə məsələləri daxildir”.
İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında siyasi əlaqələr 30 illik tarixə malikdir, lakin bu, iki ölkənin yüksək rütbəli ədliyyə rəsmilərinin son üç onillikdə ilk səfəridir. Azərbaycan mənbələrinin məlumatına görə, bu ölkənin baş prokuroru təyin edilmiş gündəliyə əməl edir.
Azərbaycan Respublikasının medialarında prokurorların görüşü
Azərbaycan Baş Prokurorunun Tehrana səfəri ilə bağlı bu prokurorluğun informasiya agentliyinin qeyri-şəffaf məlumatı Azərbaycan Respublikasında hökumətyönlü saytlar tərəfindən əvəz edilib. “Oxu” saytı danışıqların məzmununu Azərbaycan vətəndaşlarının ekstradisiya olunması olduğunu bildirərək yazıb: “Kamran Əliyev digər adi mövzulara toxunmaqla, araşdırma zamanı İrana qaçan 41 vətəndaşla bağlı danışıqlar aparıb”. Bu media baş prokurorun belə dediyini vurğulayıb: “Biz bu insanları Azərbaycan Respublikasının təhlükəsizliyinə təhdid hesab edirik və onların ekstradisiyasını gözləyirik”.
“Poliqon” saytı da eyni məsələ ilə bağlı təhlilində yazıb: “Azərbaycanda “Kərimə dövləti” qurmaq niyyətlərini açıqlayan və bir sıra cinayətlərə imza atdıqlarını gizlətməyən legionerlərin İrandan təhvil alınması işi reallaşmaq üzrədir. … Azərbaycanın Baş Prokuroru Kamran Əliyev bu məqsədlə İrana səfər edib. … Hər tərəfdən sıxışdırılan İran sonuncu zərbəni də İraqdan aldı. İraqdakı Müqtəda əs-Sədr hərəkatı qələbəyə yaxınlaşdıqca, İran sonuncu xarici qapısını da itirmək üzrədir. Tehranın Ukrayna savaşında üzünü ağartmaq üçün ondan PUA istəyəcək qədər zəifləyən Rusiyaya da ümidi qalmayıb. Azərbaycan və Türkiyə arasında sıxışıb qalan Ermənistanın da molla rejiminin yaralı barmağına məlhəm olmayacağı gün kimi aydındır. Belə bir vəziyyətdə Azərbaycan İran üçün, sözün həqiqi mənasında yeganə nəfəslik görəvini icra edə bilər. Bunun üçün isə İran Azərbaycanın dövlət dəyərlərinə sayğı duyduğunu nümayiş etdirməli, həqiqətən də dostluq münasibəti qurmağa hazır olduğunu göstərməlidir. Sözsüz ki, dostluq sədaqətini nümayiş etdirməyin yolu Azərbaycanın dövlət dəyərlərinə saldıran legionerlərin ölkəmizə təhvil verilməsindən keçir. Başqa sözlə, legionerlər təhvil vermək yoxdursa, nəfəslik də yoxdur”.
Daha çox oxuyun: Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı
Ekstradisiya məsələsinin təhlili
Amma bu saytlar dəqiq olaraq nədən danışır? Azərbaycan hökuməti İlham Əliyevin 2018-ci ilin 20 nəfərlik siyahısını qaytara bilməməsindən sonra Kamran Əliyevi 41 nəfərlik siyahı ilə Tehrana göndərib.
Azərbaycan hökumətinin aşkar zəiflikləri, çörəyin, südün, yağın və ətin bahalaşması, insanlar arasında fərq qoyulmaların və ümumi yoxsulluğun artması, vətəndaşların başqa ölkələrə qaçması, prezident ailəsinin və hökumət rəsmilərinin sərvət toplamalarına etirazlarla birgə Əliyev müxaliflərinin təzyiqləri, bu ölkənin ömürlük prezidentinin gələcək illəri üçün də pis şərait yaradıb. Belə bir vəziyyətdə Azərbaycan hökuməti mümkün etirazlara səbəb olan istənilən hərəkatı boğmağa çalışır.
20 nəfərlik siyahının məsələsi nə idi?
İlham Əliyevin axtarışa verdiyi 20 nəfərin siyahısı Yunis Səfərovun Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevi güllələməsi hadisəsindən sonra baş verib. Azərbaycan hökuməti bu silahlı hücumu İranın Qum şəhərindən Hüseyniyyun kimi tanınan Azərbaycan Hərəm-Müdafiəçilərinə aid hərəkatı tərəfindən təşkil edildiyini bildirmişdir. Qazaxıstanın Aktao şəhərindəki görüşdə Əliyev İranın o vaxtkı prezidenti Həsən Ruhani ilə görüşündə Hüseyniyyun üzvlərinin təhvil verilməsini tələb etmişdir. Bəzi açıqlamalara görə, Ruhani hökuməti bu məsələyə razılıq vermiş, lakin şəhid general Qasim Süleymani bu hərəkətin qarşısını almışdır…
Daha çox oxuyun:
Azərbaycan prezidentinin İrana qarşı ittihamı; Terrora və separatizmə dəstək! + VİDEO və FOTO
israil bu kukla prokurorun vasitəsi ilə irana hürür.gecə ki çörək almaxa gedəndə kücə səmə itləri ki adama hurur adam yerə əyilib daş götürən kimi hürən itlərdən əsər əlamət qalmayıb qaçdıxlarıı kimi