Yəmənin şərqindəki neft yataqlarına yeni Amerika qoşunları göndərilib
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ABŞ Yəmənin şərqindəki neft yataqlarındakı öz məsləhətçilərinin və işçilərinin təhlükəsizliyini təmin etmək üçün Həzərmut əyalətinə yeni qoşunlar göndərib.
Yəmənin işğal olunmuş ərazilərində son vaxtlar qarşıdurmaların və təhlükəsizlik məsələlərinin artmasının ardınca ABŞ Yəmənin şərqindəki neft yataqlarında öz qüvvələrinin təhlükəsizliyini təmin etmək üçün fəaliyyətlərini artırıb. Bununla əlaqədar olaraq, ABŞ və İngiltərə son bir ay ərzində Əl-Qeyzə hava limanının kənarındakı hərbi bazaya onlarla hərbçi yerləşdirib. Yerli mənbələrin Əl-Qeyzə hava limanının əməkdaşlarına istinadən verdiyi məlumata görə, amerikalılar yalnız çərşənbə axşamı, avqustun 30-da bu hava limanına 20-dən çox hərbçi köçürüblər. Bu qüvvələrin Amerika nəzarətində olan Həzərmut əyalətinin neft yataqlarının təhlükəsizliyini təmin etmək üçün göndərilməsi nəzərdə tutulur.
Əl-Qeyzə hava limanının inkişaf planı 2018-ci ildən ABŞ Mərkəzi Komandanlığının komandanı general Cozef Votel, ABŞ-ın keçmiş prezidenti Donald Trampın müşaviri Frensis Taunsend və ABŞ-ın Yəməndəki səfiri Kristofer Henzel və Səudiyyə Ərəbistanının sərmayəsi ilə həyata keçirilir. Bu baza Yəmənin şərq və mərkəzi bölgələrinin məlumat və təhlükəsizliyini izləmək və nəzarət etmək üçün yaradılıb və ABŞ, İngiltərə və Səudiyyə Ərəbistanının hərbçiləri və məsləhətçiləri tərəfindən istifadə olunur.
Rəy