Məqalə: İraqda baş verən son iğtişaşların səbəbi nədir?
İraq siyasi səhnəsində Sədr hərəkatının iflasa uğramasından sonra, Müqtəda Sədr bənzər və təkrarlanan bir hərəkətlə yenidən İraqın siyasi səhnəsindən çəkilərək silahlı və silahsız tərəfdarlarını İraq küçələrinə çıxardı. Müqtəda Sədr İraqda son illərin bütün təhlükəsizlik nailiyyətlərini məhv edəcəkmi?!
İraq parlamentinə seçkilər zamanı Sədr hərəkatı yeni hökuməti qurmaq üçün lazımi yerləri ala bilməyib. Bu səbəbdən bu ilin iyun ayında İraq Sədr hərəkatının lideri Müqtəda Sədr İraq parlamentindəki Sədr hərəkatının koalisiyasının rəhbəri Həsən Əl-Əzaridən bu koalisiya üzvlərinin istefalarını parlamentə təqdim etmələrini istəyib. Sədr koalisiyasının üzvlərinin istefasından bir neçə gün sonra Müqtəda Sədr də siyasətdən getdiyini açıqlayıb.
Lakin Sədr hərəkatının tanınmış simalarının İraq parlamenti seçkilərini hazırlamaq üçün göstərdikləri səylər uğursuzluğa düçar oldu və bu məsələ Müqtəda Sədr və onun tərəfdarlarını İraqdakı siyasi atmosferi yeni və daha çətin mərhələyə çatdırmalarına gətirib çıxardı. Dünən Müqtəda Sədr bəyanat yayımlayaraq bütün siyasi fəaliyyətlərdən geri çəkildiyini və Sədr hərəkatı ilə bağlı bütün ofis və qurumların bağlandığını bəyan edib. Bu təkrarlanan hiylə keçmiş siyasi vəziyyətlər və böhranlar zamanı dəfələrlə siyasi səhnədən tamamilə çəkildiyini bəyan etmiş Müqtəda Sədr tərəfindən təklif edilir. Amma hər dəfə İraqda vəziyyət dəyişəndə siyasətə qayıdırdı! Odur ki, İraqın siyasi münaqişələrində Sədr cərəyanının qələbə çalma ehtimalı çox az olduğu üçün İraqdakı proseslərin başqa kanallarla da təqib olunması üçün bir daha İraq siyasi səhnəsi ilə vidalaşdı!
Sədrin bu qərarı onun silahlı və silahsız tərəfdarlarının İraqın müxtəlif şəhərlərində toplaşmasına səbəb olmuş və İraq təhlükəsizlik qüvvələri ilə toqquşmalardan sonra hökumət binalarına daxil olaraq İraqın paytaxtını və bu ölkənin digər mühüm şiə bölgələrini görünməmiş dərəcədə təhlükəli və gərgin vəziyyətə salmışlar.
Ayətullah Seyid Kazim Hairinin dəqiq və aydın mövqeyi də İraqdakı son fitnəyə aydınlıq gətirmək üçün başqa bir əsas səhifədir. Ayətullah Seyid Kazim Hairi gözlənilməz bir hərəkətlə şiələrin mərcəye təqlid səlahiyyətini tərk edərək mesajında vurğuladı ki, “İraq xalqı arasında ixtilaf yaratmaq üçün Sədr ailəsinin iki şəhidinin adından istifadə etmək istəyən və dini rəhbərliyi öz üzərinə götürmək istəyən hər kəs bir haıda ki, İctihad dərəcəsinə çatmayıb və digər (rəhbərlik üçün) şərtləri yoxdur, Sədr ailəsindən deyil”.
Digər tərəfdən, Müqtəda Sədr Ayətullah Seyid Kazim Hairinin açıqlamalarına cavab olaraq bildirdi ki, o, məsumluq və ya ictihad, hətta rəhbərlik iddiasında olmayıb və yalnız özünü yaxşılıqlara əmr edən və pisliklərdən çəkindirən hesab edir!
Şiələrin Koordinasiya Mərkəzinin Komitəsindəki yüksək vəzifəli şəxsləri də Sədr Hərəkatı qüvvələrinin hərəkətlərinə müdrik və səssiz yanaşma nümayiş etdirərək, İraq xalqını sakitləşməyə dəvət edib və öz qüvvələrini qarşıdurma meydanına daxil etməkdən çəkindiriblər.
İraqda baş verən son hadisələr və Müqtəda Sədr tərəfdarlarının hərəkətləri göstərir ki, Sədr hərəkatının lideri silahlı qüvvələrindən istifadə etməklə, şiə koordinasiya mərkəzinin tərəfdarlarını və qüvvələrini qızışdırmaqla və onların qərargahlarına müxtəlif istiqamətlərdə hücum edərək daxili münaqişələr yaratmağa çalışıb ki, öz siyasi, təhlükəsizlik və hərbi məqsədlərinə çatsın. Lakin Müqtəda Sədr ağır siyasi məsləhətləşmələr, istefa, tez-tez təhdidlər, küçədə iğtişaş yaratmaq və tərəfdarları tərəfindən hökumət binalarını zəbt etmək kimi tədbirlər həyata keçirməklə planlarını həyata keçirə bilməyib, lakin bu vəziyyətin davam etməsi çox təhlükəlidir.
İraqda baş verən son iğtişaşlar onu idarə edən siyasi və hüquqi strukturun səmərəsizliyini bir daha sübut etdi. İraqın siyasi cərəyanlarının liderləri mövcud problemləri danışıqlar və siyasi yanaşmalardan istifadə etməklə həll etməlidirlər, çünki hazırkı siyasi böhran İraqın təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Belə görünür ki, İraqın paytaxtında silahlı münaqişələr dayanmasa və iğtişaşçılara qarşı qətiyyətli mübarizə aparılmasa, biz yaxın gələcəkdə daha ciddi problemlərin şahidi olacağıq. Qısa müddətdə asanlıqla kompensasiya edilə bilməyən və son illərin bütün təhlükəsizlik nailiyyətlərinə kölgə salan problemləri görəcəyik.
Daha çox oxuyun: İraqdakı son hadisələr; Ayətullah Hairinin açıqlamasından Sədrin siyasətdən uzaqlaşmasına qədər! + FOTO və VİDEO
Rəy