Başağa bir daha Tripoliyə çatmadı!

Çərşənbə axşamı 30 Avqust 2022 - 11:49
https://az.iswnews.com/?p=12486

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Liviya parlamenti tərəfindən seçilmiş baş nazir Fəthi Başağa Liviyanın paytaxtı Tripoli şəhərinə daxil ola bilmədi.

Beş günlük siyasi gərginlik və silahlı qarşıdurmadan sonra Fəthi Başağanın Tripoliyə daxil olmaq üçün üçüncü cəhdi uğursuz oldu. Liviyanın paytaxtı Tripoli şəhərində Fəthi Başağanın silahlı tərəfdarları ilə baş nazir Əbdül Həmid Əd-Dibeybənin Vifaq hökumətinin qüvvələri arasında baş verən qarşıdurma nəticəsində 32-dən çox adam ölüb, 160-dan çox insan yaralanıb. Əd-Dibeybə və Başağa bir-birini münaqişəni başlatmaqda və liviyalıları öldürməkdə ittiham edir.

Başağa verdiyi açıqlamada Əd-Dibeybəni hökuməti təhvil verməməkdə və mülki əhalinin qanını tökməkdə və mallarını talamaqda ittiham edib. Əbdül Həmid Əd-Dibeybə Başağa tərəfdarlarını da axtarışda olan bir qrup hökumət çevrilişinə cəhd edən adlandırıb. Bununla bağlı Liviya hərbi prokurorluğu Başağa və onun tərəfdarlarının komandiri Üsamə Əl-Cuveylinin ölkədən çıxışlarının qadağası sərəncamını imzalayıb.

Hazırda Tripolidə qarşıdurmalar dayanıb və bəzi yerlərdə tərəflər arasında arabir olaraq atışma gedir. Tripolinin mərkəzi və ətrafı sakitdir və Əs-Suvani bölgəsinə nəzarət edən Vifaq hökumətinin qüvvələri Başağayönlü qüvvələri Tripolinin cənub cəbhəsindən geri çəkilməyə məcbur edə biliblər.

Liviyanın Prezident Şurası və Parlamenti və nüfuzlu ölkələrin Liviyadakı səfirliyi də münaqişələrin dayandırılmasını və prezident seçkilərinin keçirilməsi üçün siyasi həll yolunun qəbul edilməsini istəyib.

Fəthi Başağanın hökuməti və paytaxtı geri ala bilməməsini nəzərə alsaq, Liviyada qarşıdurmaların yenidən alovlanması ehtimalı yüksəkdir. General Həftərin Başağaya dəstək verməsi rəqabəti ciddi şəkildə hərbi səviyyəyə çatdıra bilər və bu ölkə yenidən ikitərəfli münaqişə və Türkiyə, BƏƏ və Rusiyanın hərbi müdaxiləsi səhnəsinə çevirə bilər.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir