Bakı anti-İran pantürk separatçılarına dəstəyini daha da aydın açıqladı!
Prezident İlham Əliyevin sionist müşaviri Arye Qutun qondarma “Cənubi Azərbaycan” məsələsinin gündəmə gətirilməsinin zəruriliyi ilə bağlı göstərişindən sonra Bakı Azərbaycan Respublikası Prezidentinin keçmiş müşaviri Qabil Hüseynlinin yarı rəsmi “APA” xəbər agentliyinə verdiyi müsahibəni yayımlayıb. “Cənubi Azərbaycanın müstəqilliyi bu gün regionun yeni reallığı olmalıdır” başlığı ilə Azərbaycan Respublikası hökumətinin İran əleyhinə olan pantürk separatçılarına dəstəyini açıq-aydın açıqladı!
Qabil Hüseynli bu müsahibəsində İran hökumətinin keçmiş rəsmisi və siyasi ekspert Əbülfəzl Zohrevəndin Azərbaycan Respublikasından İrana gələcək təhlükələrlə bağlı son sözlərini cavablandırmaq bəhanəsi ilə gülünc bir iddia ilə çıxış edib ki, İran müstəqil Azərbaycanın (Azərbaycan Respublikasının) varlığını özü üçün ən böyük təhlükə hesab edir!
İranın sanksiyalar altında mübarizə apardığı dövrlərdə belə Azərbaycan Respublikasının İrana qarşı sanksiyalarda iştirak etmədiyi və İrana qarşı heç bir məhdudiyyət qoymadığı barədə yalan iddia ilə çıxış edən Qabil Hüseynli əlavə edib: “Müstəqillik dövründə Azərbaycan Respublikası İrandan gələn bütün təhlükə və təhdidlərlə üzləşdi, susdu, heç bir reaksiya vermədi. Ancaq indi susmaq mümkün deyil və Azərbaycan da öz səsini İrana çatdırmalıdır. Azərbaycan Respublikası artıq İrandakı 40 milyonluq soydaşının acı taleyinə göz yummamalı və susmamalıdır. Çünki onlar dünyada 50 milyonluq azərbaycanlı ailəsinin mühüm bir hissəsidirlər”.
Azərbaycan Respublikası Prezidentinin keçmiş müşaviri bu müsahibəsində Bakı mediasının İranın Azərbaycan Respublikasına qarşı bəyan etdiyi və praktiki siyasətinin ikili və ziddiyyətli olması və İranın hərtərəfli siyasi, hərbi və iqtisadi siyasəti ilə bağlı, həmçinin Qarabağ müharibəsində Azərbaycan Respublikasına qarşı Ermənistana dəstək verməsi olan davamlı yalanlarını o, təkrar edərək əlavə etdi: “İran sözdə bir mövqe tutan, əməldə isə tamamilə fərqli mövqe tutan nadir ölkələrdəndir”.
Qeyd edək ki, son aylarda dünya azərbaycanlılarının Şuşa şəhərində keçirilən milli toplantısına İran əleyhinə olan pantürkizm separatçı ünsürlərin açıq şəkildə dəvət edilməsindən sonra Azərbaycan hökuməti Anti-İran separatizmini təbliğ edən YouTube və Telegram kanalları, həmçinin saytların fəaliyyətini əvvəlkindən daha ciddi şəkildə təqib edir. Separatçı ekstremist ünsürlərin dediyi kimi bəzi dəlillərə əsaslanaraq, Bakı bu ünsürləri İrana qarşı hərbi və terror hərəkatlarına cəlb etməyə çalışır.
Bundan əvvəl İlham Əliyevin mədəniyyət və media məsələləri üzrə sionist müşaviri, İsraildə Bakı Multikulturalizm Mərkəzinin rəhbəri Arye Qut və sionist siyasi ekspert, həmçinin ixtilaf yönlü “Sərhədlər və Qardaşlıq; İran və Azərbaycanlı Kimlik Problemi” kitabının müəllifi Brenda Şaffer də təklif edirdi ki, Bakı öz gündəmində İran əleyhinə separatçılara daha açıq dəstək verməlidir!
Dünyanın ən anti-İran analitik mərkəzlərindən biri olan Demokratiyanın Müdafiəsi Fondunun əsas üzvü Brenda Şaffer, Amerika Birləşmiş Ştatlarının müttəfiqləri ilə birlikdə Pantürkizmin İrana qarşı maksimum təzyiqi daha da artırmalı olduğu fikrini irəli sürür və bunun İranı hücum olmadan məhv edəcəyini söyləyir.
Həmçinin sionist rejimin rəsmiləri və mediası bu rejimin Azərbaycan Respublikasından İrana qarşı baza kimi istifadə etməsi ilə bağlı dəfələrlə kinayəli sözlər deyib və Azərbaycan Respublikasını İrana qarşı terror mərkəzinə çevirməklə İranı hədələyiblər.
Sionist rejimin Azərbaycan Respublikasındakı xərçəngvari təsiri Bakının, Türkiyə və İsraili Azərbaycan Respublikasının işğal olunmuş ərazilərini İkinci Qarabağ Müharibəsində fatehlər kimi elan etməsindən sonra hədsiz dərəcədə artmışdır.
Bakının anti-iran separatçılarından açıq-aydın dəstəyi sionist rejimin türkçülüyün Azərbaycan Respublikasında yaymaq istəməsinin əlamətidir.
Şəkil: Pantürk separatçılarının Böyük Azərbaycan ideyasından təsvir etdikləri xəritə və İranın şimal-qərbinin bəzi hissəsinin ayrılması
Rəy