Yəməndə baş verən son hadisələr, 28 Avqust 2022

Bazar 28 Avqust 2022 - 23:46
https://az.iswnews.com/?p=12393

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Eritreya ordusunun donanması Qırmızı dənizdə qeyri-qanuni balıq ovu cinayətinə görə 139 yəmənli balıqçını həbs edib.

1- Şəbvə:
– Avqustun 26-da naməlum silahlı şəxslər (ehtimal ki, İslah Partiyasının silahlılarıdır) Eyn rayonunda yerləşən Şəbvə Müdafiə Qüvvələrinin Şəqir məntəqəsində yerləşən yoxlama məntəqəsini atəşə tutublar.
– Şəbvə qubernatoru İvəd bin Əl-Vəzir əl-Avlaki Ətəq-Nəsab yolunda bomba partlaması nəticəsində sui-qəsddən sağ çıxıb.
– Yerli mənbələrin məlumatına görə, Cənub Keçid Şurasının qüvvələri yaxın vaxtlarda Əl-Vədiə sərhəd-keçid məntəqəsinə nəzarəti Haşim Əl-Əhmərə təhvil verəcəklər.

2- Əbyən:
– Briqada generalı Muxtar Ən-Nubi Əbyən vilayətində əməliyyatların bu vilayətin mərkəzi əraziləri və Yəmənin cənub bölgələri təmizlənənə qədər davam edəcəyini açıqlayıb.
– Əbyən əyalətinin təhlükəsizlik qüvvələrinin komandanı briqada generalı Əli Əl-Kazimi Əbyən vilayətinin mərkəzi Zəncibar şəhərinə nəzarəti elan edib.

3- Sənaa:
– Avqustun 27-də İordaniya mediası Amerika nümayəndələri ilə Yəmənin Qurtuluş Hökuməti arasında İordaniyanın paytaxtı Əmmanda aparılan danışıqlar və gündəlik uçuşların tamamilə yenidən açılması və bütün hava yollarının başqa bir ölkənin müdaxiləsi olmadan Sənaa hava limanına geri qaytarılması ilə bağlı razılaşma barədə məlumat yayıb.
– Yəmənin Qurtuluş Hökumətinin nəqliyyat naziri Əbdül Vəhhab Yəhya əd-Dərrə Sənaa hava limanının texniki və təhlükəsizlik hazırlığını vurğulayarkən, atəşkəsin yeni şərtlərində Sənaa hava limanının uçuş istiqamətlərinin artmasını təsdiqləyib.

4- Mərib:
Avqustun 28-də Amerika dronları Mərib şəhərinin şərqində yerləşən Vadi Ubeydə bölgəsində Əl-Qaidə qruplaşmasının komandirlərindən birinə hücum ediblər.

5- Ədən:
– Əl-Məaşiq sarayına (prezident aparatı) nəzarət Cənub Keçid Şurasının silahlı qüvvələrinə verildi. Həmçinin Əbd Rəbə Mənsur Hadinin oğlunun rəhbərlik etdiyi prezident qvardiyasının ilk batalyonu Cənub Keçid Şurasına bağlı Əl-Asifə batalyonlarına qoşulub.
– Fadi Həsən Baaum Ədən şəhərində Cənub Hərəkatının (Əl-Hərrak Əl-Cənubi) liderləri ilə görüşüb.

6- Əl-Hudəydə:
– Yəmən Neft Şirkəti Qırmızı dənizdə Səudiyyə koalisiyası tərəfindən yanacaq daşıyan Tiyara gəmisinin ələ keçirildiyini açıqladı.
– Səudiyyə koalisiya qüvvələri bu əyalətdə son 48 saat ərzində atəşkəs rejimini 131 dəfə pozublar.

7- Eritreya Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə qeyri-qanuni balıq ovu cinayətinə görə 139 yəmənli balıqçını həbs edib. Bu şəxslər Təiz əyalətinin Əl-Muxa və Əl-Hudəydə əyalətinin Əl-Xəvxə məntəqələrindəndirlər və Yəmən sularında balıq tutarkən həbs ediliblər. İstefa vermiş hökumət hələlik bu məsələyə münasibət bildirməyib, lakin Balıqçılıq İdarəsi (Qurtuluş hökumətinin nəzarəti altında) bu hərəkəti pisləyib və bütün yəmənli balıqçıların azad edilməsini tələb edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir