Ənsarullah: Bəhreyn İnqilabı və xalqını dəstəkləməyə davam edirik

Çərşənbə axşamı 15 Fevral 2022 - 08:22
https://az.iswnews.com/?p=1238

Yəmənin Ənsarullah hərəkatı Bəhreyn xalq inqilabına dəstəyini açıqlayarkən bu inqilabın islami və uca məqsədlərə sahib olduğunu vurğulayıb.

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi Fars Xəbər Agentliyinin verdiyi məlumata əsasən xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının siyasi bürosu Bəhreyn xalqını Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının 11-ci ildönümü münasibətilə təbrik edib.

Büronun bəyanatında deyilir: “Bəhreyn xalqı azad, mücahid, qeyrətli müsəlman xalqıdır, təmiz və insani ruhiyyəli, zülmə qarşı inqilabçı və cihad inancına malikdir.”

Əl-Məsirə kanalı bəyanatı verdiyi hesabatda bildirir ki, Rejimin təcavüzü Bəhreyn xalqının qətiyyətini sarsıtmayıb; Çünki inqilab alovu öz şiddəti və sabitliyi ilə hələ də yanır.

Bəhreyn inqilabının İslam inqilabı olduğunu bildirən Ənsarullah, bu inqilabın dəyərli orijinal prinsip və hədəflərə malik olduğunu və İslam ümməti məsələlərində öz mövqelərini səmimi olaraq bildirdiyini vurğulayıb.

Yəmən hərəkatı Bəhreyn inqilabının sionist rejimlə əlaqələrini tez bir zamanda normallaşdıran muzdlu rejimlərdən biri olduğunu bildirib və bəyan edib ki, Bəhreyn inqilabı bütün xəyanət və normallaşma planlarına qarşı çıxdığını açıqlayıb.

Ənsarullah qeyd edib ki, Bəhreyn rejimi, ABŞ və Səudiyyə Ərəbistanının Bəhreyn xalqına qarşı törətdiyi cinayətlərin səviyyəsi nə qədər yüksək olsa da, bütün ədalətli tələbləri yerinə yetirilənə qədər Bəhreyn xalqının inqilabına və mübarizəsinə mane ola bilməyəcəklər.

Yəmən hərəkatı Bəhreyn xalqını və azadlıq, ədalət, müstəqillik və ləyaqət yolunda inqilabı dəstəkləməyə davam edəcəyini vurğulayaraq bəyanatı yekunlaşdırıb.

Qeyd edək ki, Bəhreyndə 2011-ci il fevralın 14-dən Ali-Xəlifə rejiminə qarşı xalq inqilabı başlayıb və bu inqilab müxtəlif insan haqları təşkilatlarının verdiyi ardıcıl hesabatlara əsasən repressiya və təzyiq mühitinin genişlənməsi və şiə din xadimlərinin həbs olunması ilə bu günə qədər davam edir. Ölkənin sistematik quruluşunu dəyişdirmək məqsədi ilə immiqrant azlıqlara daha çox hörmət göstərilməsi və qüdrətin onlara verilməsi açıq şəkildə görsənir.

Bütün insan haqlarının, siyasi, iqtisadi, ictimai, mədəni, hüquqi və fərdi olmasına baxmayaraq Bəhreyndə tapdalanmasına rəğmən BMT Ali-Xəlifənin Bəhreyndə törətdiyi cinayətlərə səssiz qalıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir