Liviyalıların Tripolidəki vətəndaş müharibəsi 163-dən çox ölü və yaralı ilə nəticələndi! + FOTO və VİDEO

Bazar 28 Avqust 2022 - 15:36
https://az.iswnews.com/?p=12325

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Liviya Subat Hökumətinin baş naziri Fəthi Başağanın Tripoli şəhərində hökumət binalarını geri almaq niyyətindən sonra onun tərəfdarları ilə Vifaq Hökuməti tərəfdarları arasında ağır qarşıdurma başlayıb.

Subat hökumətinin baş naziri (Liviya Milli Ordusu və Parlamenti tərəfindən dəstəklənən) Fəthi Başağanın Liviyanın paytaxtı Tripoli şəhərini nəzarətə götürmək niyyətindən sonra bu şəhərin cənubunda onun tərəfdarları ilə Vifaq Hökumətinin tərəfdarları arasında ağır qarşıdurma başlayıb. İndiyədək bu toqquşmalar 23 nəfərin ölümü, 140-dan çox insanın yaralanması ilə nəticələnib.

Başağa Tripoliyə gəlməzdən əvvəl ötən günlərdə elan edib ki, baş nazir Əbdül Həmid Əd-Dibeybənin rəhbərlik etdiyi Vifaq hökumətinin bu ölkənin paytaxtı üzərində nəzarətinə son qoymaq niyyətindədir. Bu bəyanatlara cavab olaraq Əd-Dibeybə bildirib ki, o, seçki keçirmək istəyir və hökuməti çevriliş, münaqişə və yanğınla təslim etməyəcək. O, Tripolidə avqustun 26-da cümə günü axşam saatlarında başlayan toqquşmaları bu ölkənin daxilindən və xaricdən planlaşdırılmış bir aksiya kimi qiymətləndirib və bu toqquşmaların qurbanları üçün təəssüfləndiyini bildirib.

Hazırda Tripolinin cənubunda, xüsusən də şəhərin hava limanının ətraf ərazilərində qarşıdurmalar davam edir və Tripolinin əksər ərazilərinə nəzarət etməklə yanaşı, Vifaq hökumət qüvvələrinə Türkiyə dronları və texnikası da dəstək verir. Bununla bağlı Türkiyənin dronları Başağa tərəfdarlarının Tripolinin qərbində və cənubunda yerləşən mövqelərini azı üç dəfə bombalayıb.

Birləşmiş Millətlər Təşkilatı və Liviyada nüfuzu olan ölkələr, o cümlədən ABŞ münaqişələrin dayandırılmasına və mübahisələrin dialoq yolu ilə həllinə çağırsalar da, Liviyadakı münaqişə tərəflərindən heç biri bu bəyanatlara əhəmiyyət vermir.

Liviyanın siyasi böhranı prezident seçkilərinin təxirə salınması və hökumətin parlament tərəfindən seçilmiş Subat hökumətinin (keçid dövrünün) baş naziri Fəthi Başağaya təhvil verilməməsi ilə daha bir gərginlik və siyasi rəqabət mərhələsinə qədəm qoyub.

Daha çox oxuyun:
General Haftar Liviyanın şərqində raket təlimi keçirdi!

Video №1: Başağayönlü silahlı qüvvələr və Vİfaq hökumət qüvvələrinin toqquşması
Video №2: Başağayönlü silahlı qüvvələr və Vİfaq hökumət qüvvələrinin toqquşması
Video №3: Başağayönlü silahlı qüvvələr və Vİfaq hökumət qüvvələrinin toqquşması
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir