Suriyada baş verən son hadisələr, 27 Avqust 2022

Şənbə 27 Avqust 2022 - 20:59
https://az.iswnews.com/?p=12302

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dəraa əyalətində təhlükəsizlik və məqsədyönlü sui-qəsdlərin davamında terrorçuların 6 keçmiş üzvü naməlum silahlı şəxslər tərəfindən öldürülüb.

1- Hələb:
Avqustun 24-də Türkiyə ordusunun dronları Hələbin şimalında yerləşən Təll-Rəəfət şəhərindəki hədəflərə hücum edib. Bu hücum nəticəsində 3 nəfər həlak olub.

2- İdlib:
– Avqustun 24-də Səraqib şəhəri ətrafında mina partlaması nəticəsində terrorçuların 3 üzvü həlak oldu.
– Avqustun 26-da İdlibin cənubunda yerləşən Kansafra və Hərəş Bənin bölgələrində terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.

3- Dəraa:
– Avqustun 24-də Dəraa vilayətində yerləşən Əl-Cizə qəsəbəsində terrorçuların keçmiş üzvlərindən biri naməlum silahlı şəxslər tərəfindən qətlə yetirildi.
– Avqustun 25-də Yadude şəhərində bomba yüklü avtomobilin partlaması nəticəsində terrorçuların 5 keçmiş üzvü qətlə yetirildi. Hələlik heç bir qrup bu hərəkətə görə məsuliyyəti üzərinə götürməyib.

4- Deyr əz-Zor:
– Avqustun 25-də Əl-Ömər neft yatağında yerləşən Amerika koalisiyasının mövqeləri dron hücumu ilə hədəfə alınıb. Hələlik heç bir dəstə bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Daha ətraflı: ABŞ koalisiyasının Deyr əz-Zor əyalətindəki bazasına dron hücumu olub

– Avqustun 24-də Deyr əz-Zorun şimalındakı Koniko qaz obyektlərində Amerika işğalçılarının bazası müqavimət dəstələrinin raket hücumu ilə hədəfə alındı. Amerika Ordusunun Qərbi Asiya Terror Qərargahının (CENTCOM) yaydığı məlumata görə, raket hücumları yerli vaxtla 19:20 radələrində həyata keçirilib və bu hücumlar zamanı 3 Amerika əsgəri yaralanıb.

Daha ətraflı: Suriyanın şimalında amerikalı terrorçuların mövqelərinə raket zərbəsi endirildi

– Avqustun 23-də ABŞ Ordusunun Qərbi Asiyadakı terror qərargahı (CENTCOM) ABŞ ordusunun Suriyanın şərqində yerləşən Deyr əz-Zor əyalətində İranın dəstəklədiyi qüvvələrə məxsus mövqelərə qarşı ABŞ prezidentinin əmri ilə hava hücumu etdiyini açıqlayıb.

Daha ətraflı: ABŞ hərbi hava qüvvələri Deyr əz-Zor əyalətindəki hədəflərə hücum edib

– Avqustun 23-də Deyr əz-Zorun qərbində yerləşən Əl-Kəsrə yolunda Suriya Demokratik Qüvvələrinin (SDQ) maşınının yolunda baş verən partlayış nəticəsində iki SDQ əsgəri həlak olub, bir neçəsi yaralanıb.

5- Raqqa:
– Avqustun 26-da Eyn İsa şəhəri ətrafında mina partlaması nəticəsində Suriya ordusunun iki üzvü yaralanıb.
– Avqustun 27-də Raqqa vilayətində yerləşən Zəmlə bölgəsində Suriya ordusuna məxsus maşın yolunda baş verən partlayış nəticəsində Suriya ordusunun iki üzvü şəhid oldu.

6- Həsəkə:
– Avqustun 24-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumu ilə “Təll-Təmər”ətrafı “Umm Əl-Kif” kəndini hədəfə alıblar.
– Avqustun 24-də Həsəkənin şimalında yerləşən Əd-Dərbasiyyə ətrafının Cətal kəndində kürd silahlılarının mövqeləri Türkiyə ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– Avqustun 25-də Əd-Dərbasiyyə bölgəsinin kənarında Rusiya və Türkiyə arasında birgə hərbi patrul həyata keçirilib.
– Avqustun 26-da Asayiş qüvvələri Əl-Hul düşərgəsi daxilində dörd səngərin müəyyən edildiyini elan etdilər. Bu səngərlər İŞİD-in gizli ünsürləri tərəfindən yaradılıb.
– Avqustun 27-də Suriya Demokratik Qüvvələri (SDQ) Həsəkənin şərq ətrafında yerləşən Əl-Hul düşərgəsində 27 nəfəri İŞİD üzvü olmaq ittihamı ilə həbs edib.

7- Avqustun 25-də sionist rejim qırıcıları Suriyanın Həma və Tərtus əyalətlərindəki hədəflərə çoxlu sayda raket zərbələri endiriblər. Bu hücum iki mülki şəxsin yaralanması və maddi ziyanla nəticələnib.

Daha ətraflı: Sionist rejimi Suriyaya hava zərbələri endirib + FOTO və VİDEO

8- Rusiya Müdafiə Nazirliyi sionist rejim qırıcılarının Həma və Tərtus əyalətlərindəki hədəflərə atdığı 20 raketdən 9-nun Suriyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu elan edib.

Daha ətraflı: Rusiya: Suriyanın hava hücumundan müdafiəsi İsrailin 9 raketini vurub + FOTO

9- Avqustun 26-da Türkiyənin Müdafiə Nazirliyi Fərat Qalxanı və Zeytun Budağının əməliyyat bölgələrində 6 kürd silahlısının həlak olduğunu bildirdi.

10- Avqustun 26-da Suriyadakı Rusiya Barışıq Mərkəzi elan etdi: Terrorçular İdlib bölgəsində 4 dəfə atəşkəs rejimini pozublar, bunlardan 1-i Latakiya vilayətində, 1-i İdlib əyalətinin özündə və digər 2-si də Hələb əyalətində baş verib.

Yüksək keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir