ABŞ koalisiyasının Deyr əz-Zor əyalətindəki bazasına dron hücumu olub

Cümə axşamı 25 Avqust 2022 - 23:03
https://az.iswnews.com/?p=12270

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyanın Deyr əz-Zor əyalətində yerləşən Əl-Ömər neft yatağında Amerika koalisiyasının mövqeləri müqavimət dəstələri tərəfindən dron hücumu ilə hədəfə alınıb.

Avqustun 25-də Əl-Ömər neft yatağında yerləşən Amerika koalisiyasının mövqeləri dron hücumu ilə hədəfə alınıb. Hələlik heç bir dəstə bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Bununla bağlı əlavə təfərrüatlar verilməyib. Həmçinin ABŞ hərbi komandirləri də bu hücumla bağlı hələlik şərh verməyiblər.

Xatırladaq ki, bu il avqustun 16-da Əl-Ömər neft yatağındakı Amerika hərbi bazası raket hücumuna məruz qalmışdır.

Daha çox oxuyun: Amerika koalisiyasının Deyr-əz zor vilayətindəki bazasına raket hücumu olub + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir