Fələstində baş verən son hadisələr, 24 Avqust 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, son 24 saat ərzində 14 fələstinli sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs edilib.
– Sionist televiziyası Şabak rəhbərinin Misirə səfəri və yaxın vaxtlarda bu ölkə rəsmiləri ilə görüşünün mümkünlüyünü açıqladı.
– Sionist rejim televiziyasının 12-ci kanalı elan edib ki, rejimin daxili təhlükəsizlik xidməti Şabak Fələstin Milli İdarəsinin rəhbəri Mahmud Abbasa qarşıdan gələn Knesset seçkilərinə fələstinlilərin hər hansı müdaxiləsi ilə bağlı xəbərdarlıq edib.
– Avqustun 23-də iki həftə əvvəl işğalçı İsrail qüvvələrinin bu şəhərə hücumu zamanı yaralanan gənc fələstinli Nablus sakini “Məhəmməd Ərayişə” aldığı xəsarətlərin ağırlığından şəhid olub.
– Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə sözçüsü vurğuladı ki, beynəlxalq qanunlara, insan haqlarına və demokratiyaya hörmət edən Fələstin vətəndaş cəmiyyəti institutlarını dəstəkləməyə davam edir.
– Birləşmiş Millətlər Təşkilatı bir daha İsrailin işğalçı qüvvələri tərəfindən güllələnərək şəhid olmuş fələstinli jurnalist Şirin Əbu Aqilənin şəhadəti ilə bağlı hərtərəfli araşdırmaya çağırıb.
– Avqustun 22-də İbrani mediaları ifratçı sionist xaxamı və Şas partiyasının lideri Şalom Kohenin 91 yaşında vəfat etməsi barədə məlumat yayıblar.
– Avqustun 21-də Ramallahın şərqində, İordan çayının qərb sahilində yerləşən Selvad kəndi yaxınlığında sionist mühacirlər daşıyan avtobus bu gün səhər saatlarında Fələstin müqavimət qüvvələri tərəfindən atəşə tutulub. Bu hadisə nəticəsində ölən olmayıb.
– Müvəqqəti həbsinin uzadılmasına baxmayaraq, fələstinli məhbus Xəlil Əvavidə hələ də azad olunana qədər aclıq aksiyasını davam etdirməkdə israrlıdır.
– Fələstin mətbuatının məlumatına görə, 723 fələstinli məhbus sionist rejim həbsxanalarında müvəqqəti həbsdədir ki, bu da 2008-ci ildən bəri fələstinlilərin müvəqqəti saxlanma hallarının ən yüksək göstəricisidir.
– Avqustun 23-də fələstinli gənclər Əl-Xəlilin şimalında yerləşən Beyt Əmr qəsəbəsinin girişində İsrail ordusunun müşahidə qülləsini yandırıblar.
– HƏMAS İslami müqavimət hərəkatı bir daha sionist rejimlə münasibətlərin normallaşdırılmasının bütün növlərinə qəti şəkildə qarşı olduğunu vurğuladı.
– Sionist rejimin müharibə naziri Benni Qantz yaxın günlərdə Amerikaya getməyə hazırlaşır.
– Ötən 24 saat ərzində 14 fələstinli sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs edilib.
– Avqustun 23-də Türkiyədə səfərdə olan Fələstin Milli İdarəsinin rəhbəri Mahmud Abbas bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Rəy