Azərbaycan ordusu Laçın şəhərinə daxil oldu + VİDEO

Çərşənbə 24 Avqust 2022 - 12:34
https://az.iswnews.com/?p=12101

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan ordusu Laçın şəhərinə daxil olub.

Azərbaycanın Müdafiə Nazirliyi qeyri rəsmi olaraq bazar ertəsi avqustun 22-də axşam saatlarında Azərbaycan ordusunun bir qrup əsgərinin “Yuxarı Qarabağ”ın işğal altında olan “Laçın” şəhərinə daxil olmalarının görüntülərini yayımlayıb.

Həmin əsgərlər Azərbaycan bayrağını qaldırıb və Prezident İlham Əliyevə şəhərə daxil olmalarını bildiriblər.

Qeyd edək ki, 1994-cü ildən Laçın şəhərində, ətraf kənd və qəsəbələrdə məskunlaşan erməni sakinləri 25 avqust tarixinəcən bu ərazini boşaltmalıdırlar.

2020-ci ilin noyabrında Moskvada imzalanan üçtərəfli razılaşmaya əsasən, Laçın Azərbaycana qaytarılır.

Azərbaycan qüvvələrinin Laçında olması ilə bağlı iddia edilən video
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir