Hizbullahın baş katibi: Amerika Hizbullah ilə Livan ordusu arasında müharibə yaratmaq istəyir!

Çərşənbə axşamı 23 Avqust 2022 - 21:25
https://az.iswnews.com/?p=12080

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah bu hərəkatın yaranmasının 40-cı ildönümü münasibəti ilə ötən gece çıxış edib.

Həmin çıxışın mühüm hissələrini siz əzizlərə təqdim edirik:

– 2000-ci ildəki Qələbə böyük İsrail layihəsinə son qoydu və sarsılmaz ordunu darmadağın etdi.

– İyul müharibəsindəki əfsanəvi səbrin nəticələrindən biri də yeni Yaxın Şərq layihəsinin ləğvi və “Böyük İsrail layihəsi”nin dayandırılması oldu.

– İyul müharibəsində səbatlılığın son nailiyyətləri müqavimətin Livanın neft və qaz hüquqlarını bərpa etmək xəttinə daxil olması oldu.

– Heç kim təsəvvür etməsin ki, təbliğat kampaniyaları, səs-küy, aşağılama və yalanlar bu müqavimətin əzmini zəiflədə bilər.

– Biz silah və texnologiya səviyyəsindəki inkişafa uyğunlaşmaq üçün hərbi strukturu və imkanları inkişaf etdirməyə doğru gedirik.

– Ordu, xalq və müqavimət bərabərliyi, nazirliklərin (dövlətin) bəyanatlarında yer alıb-almamasından asılı olmayaraq sabit bir tənliyə çevrilib.

– İşğal edilmiş Livan torpaqlarının qalan hissəsini azad etmək üçün çalışmaq milli məsuliyyətdir.

– Qarşıdakı mərhələdə bizim öhdəliklərimizdən biri də Livanın torpağını, xalqını və sərvətini qorumaq üçün çəkindirici tənliklər yaratmaqdır.

– Fələstin məsələsi ilə bağlı strategiyamızın mənşəyi Fələstin xalqının inqilabına qarşı olan təcavüz və işğal və sionist rejimlə normallaşmanı rədd etməkdir.

– Fələstin məsələsi bu xalqın dini, mədəniyyəti, namus və abırının bir hissəsidir və bunda laqeydlik, neytrallıq və geri çəkilməyə yer yoxdur.

– İsrailin sərhədlərin tərsim olunması ilə bağlı təhdidləri mənasızdır, qərarımız və yanaşmamız bəllidir və lazımi addımları atmaq üçün qarşıdakı günləri gözləyirik.

– Bizim məsələmiz İsraillilərlə oynamaqdan imtina edən Şərbəl Əbu Zahir və Nadia Fəvvaz kimi gənclərin məsələsi kimidir.

– Suriya müqavimət cəbhəsində, möhkəmlikdə, səbrdə, və İsrailin şərtlərinə təslim olmaqdan imtina etməkdə bir əsasdır.

– Gün keçdikcə seçimimizin və Suriyaya getmək qərarımızın düzgünlüyünə daha çox əmin oluruq.

– Suriya oxşar yeni dalğaya məruz qalarsa, qarşıdurma sahələrində iştirak etməkdən çəkinməyəcəyik.

– Müqavimət cəbhəsinin bir parçası olaraq qalacağıq və hegemonluq layihələri ilə üzləşə və dəyərləri müdafiə etməyə qadir bir güclü cəbhə olaraq bunu bildiririk.

– Bizim nəzdimizdə Livanın, xüsusən də Körfəzlə əlaqələrini inkişaf etdirməkdə heç bir problemi yoxdur, lakin bəziləri Livanın tabeçi olmağını istəyirlər və biz bunu qəbul etmirik.

– Biz vətəndaş müharibəsinə və ya məzhəb qarşıdurmasına sürüklənməyəcəyik və getməyəcəyik.

– Daxili təhlükəsizlik və sabitlik dövlətin və müxtəlif nazirliklərin əməkdaşlığının məsuliyyətidir.

– Livan ordusu və təhlükəsizlik qüvvələri ilə müqaviməti fitnəyə doğru sürükləmək üçün çalışanlar var və bu, həmişəki və elan olunmuş Amerika layihəsidir.

– Havalimanı körpüsündə Oslo razılaşmasına qarşı nümayiş zamanı atışma ordu komandanlığının qərarı deyildi, daha çox nümayişdə olanlar arasında baş vermiş böyük qarşıdurma səbəbindən idi.

– Təyyuniyyə işi kimi həll edilməli olan məsələlər var, çünki bu, vətəndaş müharibəsi ilə bağlıdır.

– Nailiyyətlər arasında Hizbullah və Əməl hərəkatları arasındakı əlaqələrin mənfi mövqedən çox müsbət mövqeyə çevrilməsi, daha çox iki tərəfli anlaşmaya gətirib çıxarmasıdır.

– Gələcəkdə biz Azad Vətənpərvərlik Hərəkatı ilə iki tərəfli anlam, onu gücləndirmək və inkişaf etdirməkdə israrlı olacağıq.

– Növbəti mərhələdə bizim əsas proqramımız ədalətli və bacarıqlı dövlət qurmaq üçün müxtəlif siyasi qüvvələrlə əməkdaşlıq etməkdir.

– Biz müstəsnalıqdan uzaq, Livanın müxtəlif bölmələr arasında tərəfdaşlıq prinsipinə çox inanırıq.

– Biz Amerika səfirliyinə və ya başqa səfirliyə və ya xarici hegemonluğa tabe olmayan həqiqi suveren dövlətə can atırıq.

– Amerika səfirliyinin son dövrdə müdaxilə səviyyəsi əvvəlkindən daha çoxdur və bir çox sənədlərdə buna icazə verilir.

– Beynəlxalq hadisələr və güc və zəiflik balansı barəsindəki təhlilimiz nikbindir və inanırıq ki, bu, müqavimət cəbhəsinin və həqiqi suverenliyin xeyrinədir.

– Cavanlara xitabən: Bayrağı daşıyacaq, şəhidlərin arzularını həyata keçirəcək, qurtuluşu əldə edəcək və ölkə quracaq nəslin siz olduğunu sizə söz veririk.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir