Suriyada baş verən son hadisələr, 21 Avqust 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusuna məxsus dronlar Hasəkənin 16 kilometr qərbində yerləşən Şəmuke kəndində BMT-nin nəzarətində olan qızlar üçün təhsil mərkəzini hədəfə alıb və nəticədə 4 qız həlak olub.
1- Hələb:
– Avqustun 19-da kürd silahlılarının Hələb vilayətinin şimalında yerləşən Əl-Bab şəhərinə endirdikləri raket zərbələri nəticəsində bir neçə uşaq da daxil olmaqla 17 nəfər ölüb, 45-dən çox insan yaralanıb. Türkiyə mediaları qərəzli şəkildə olaraq bu qrupların fəaliyyətini İranın dəstəyi ilə baş verdiyini iddia ediblər.
– Avqustun 20-də Hələbin qərbində yerləşən “Əncarə” məntəqəsində Suriya ordusunun mövqeləri terrorçuların raket zərbələri ilə hədəfə alınıb.
– Avqustun 21-də Hələbin şərqində yerləşən Tadef cəbhəsində Suriya ordusu qüvvələri ilə toqquşma nəticəsində Ceyşul-Vətani terrorçularının biri öldürülüb.
2- İdlib:
Avqustun 21-də İdlibin cənubunda yerləşən Kansafra, Benin, Sufohan və Əl-Futeyra kəndlərindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.
3- Dəraa:
Avqustun 21-də Dəraa şəhərinin Əl-Kaşif məhəlləsində bomba yüklü avtomobilin partlaması nəticəsində Suriya ordusunun “Məhəmməd Cümə Əl-Əhməd” adlı qüvvələrindən biri şəhid olub.
4- Deyr əz-Zor:
– Avqustun 21-də Amerika koalisiya qüvvələri Əl-Ömər neft yatağında yerləşən hərbi bazada təlim keçirib və bu təlim zamanı Əbu Xaşab səhrasına doğru bir neçə top gülləsi atıblar.
– Avqustun 21-də Suriya Demokratik Qüvvələrindən (SDQ) biri Deyr əz-zor vilayətinin Şanan kəndində naməlum silahlı şəxslər (ehtimal ki, İŞİD ünsürləri) tərəfindən öldürülüb.
5- Raqqa:
– Avqustun 21-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə M4 magistral yolunu və Eyn İsa şəhərinin ətrafını hədəfə alıblar.
– Avqustun 20-də Raqqa vilayətinin Rəssafə səhrasında İŞİD ünsürlərinin Suriya ordusuna məxsus avtomobilə hücumu nəticəsində iki Suriya əsgəri şəhid olub.
6- Həsəkə:
– Avqustun 21-də Türkiyə Təhlükəsizlik Xidməti Qamışlı şəhərində “Mohiyuddin Ğulu” adlı kürd silahlılarının komandirlərindən birinin öldüyünü açıqladı.
– Avqustun 21-də Amerika koalisiya qüvvələri Ramilan ərazisində patrul xidməti keçirib.
– Avqustun 20-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumu ilə Təll-Təmər ətrafını hədəfə aldılar.
– Avqustun 18-də Türkiyə ordusuna məxsus dronlar Həsəkənin 16 kilometr qərbində yerləşən Şəmuke kəndində BMT-nin nəzarəti altında olan qızlar üçün təhsil mərkəzini hədəfə alıb və bu zaman 4 qız həlak olub. Şəmuke kəndi Türkiyə sərhədindən 50 kilometr aralıda yerləşir və bu, Türkiyənin Suriyanın şimalında ölkənin iddia edilən 30 kilometrlik təhlükəsiz zonasından kənardakı hədəflərə ilk hücumudur.
– Avqustun 18-də Türkiyə hərbçiləri Deyrbasiye bölgəsində Rusiya qüvvələri ilə birgə patrulu ləğv edib.
7- Homs:
Avqustun 19-da “Hüseyn Əhməd Əbbud” adlı Əl-Qüds Briqadası qüvvələrindən biri Əl-Sixnə cəbhəsində mina partlaması nəticəsində şəhid olub. Bu hadisədə daha 4 əsgər də yaralanıb.
8- Avqustun 20-də Amerika koalisiyası Suriyadakı gərginliyin dərhal dayandırılmasını tələb etdi. Amerika koalisiyasının komandiri Con Brennan verdiyi açıqlamada Türkiyənin Şəmuke kəndinə dron hücumunu qınayıb və bu hərəkətlərin silahlı münaqişə qanunlarını pozduğunu, o cümlədən mülki əhalinin müdafiəsi zərurətini ehtiva etdiyini və ölkənin mühüm nailiyyətlərini təhlükə altına atdığını, həmçinin ABŞ koalisiya qüvvələrinin İŞİD-ə qarşı döyüşlərdə əldə etdiyi nailiyyətləri təhlükə altına atdığını bildirib.
9- Avqustun 20-də Rusiyanın Suriyadakı Barışıq Mərkəzi elan etdi: Terrorçular İdlib bölgəsində 5 dəfə atəşkəs rejimini pozublar, bunlardan 2-si Latakiya əyalətində, 2-si İdlib əyalətində və 1-i isə Hələb vilayətində baş verib.
10- Avqustun 21-də Türkiyə Müdafiə Nazirliyi “Sülh Çeşməsi” adlı əməliyyat bölgəsində iki kürd silahlısının həlak olduğunu açıqladı.
Rəy