Qəndəharda Talibanı dəstəkləyən din alimləri və yerli ağsaqqalların toplantısı baş tutub

Bazar 21 Avqust 2022 - 15:14
https://az.iswnews.com/?p=12003

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Taliban hökumətini dəstəkləyən alimlər və yerli ağsaqqallar Qəndəhar toplantısında Pakistanın iştirakı ilə ABŞ-ın bu yaxınlarda Kabil şəhərinə etdiyi dron hücumunu qınayıblar.

Avqustun 18-də bu qrupun lideri Molla Həbtullah Axundzadənin iştirakı ilə Taliban hökuməti Qəndəhar şəhərinin Çaharsəng məntəqəsində yerləşən Mandiqaq Sarayında “Din Alimləri və yerli Ağsaqqalların Toplantısı” adlı toplantı keçirib. Bu görüşdə Taliban bəyanat yayaraq, iyulun 31-də Kabilin Şirpur məhəlləsində Əl-Qaidə terror qruplaşmasının lideri Əymən Əz-Zəvahirinin ölümü ilə nəticələnən ABŞ-ın dron hücumunu qınayıb və bunu Əfqanıstanın hava məkanının pozulması, Doha razılaşmasın ziddi və Beynəlxalq qanunların pozulması olduğunu bildirdi.

Bu bəyanatda Taliban qonşu ölkəsini (Pakistan) Əfqanıstanın milli maraqları əsasında ticarət etmək, kəşfiyyat yardımı etmək, Amerika pilotsuz təyyarələri və qırıcılarına hava məkanını açmaq barədə xəbərdarlıq edib və bu ölkəni Amerika cinayətlərində tərəfdaş hesab edib. Bu bəyanatın sonunda Talibanı dəstəkləyən alimlər və yerli ağsaqqallar müxalifət qruplarının Talibana qarşı planlarını haram adlandırıb və beynəlxalq ictimaiyyət və həmçinin İslam Əməkdaşlıq Təşkilatı və region ölkələrindən Taliban İslam Əmirliyinin Əfqanıstanın qanuni hökuməti kimi tanımalarını tələb ediblər.

Talibanın lideri Molla Həbtullah Axundzadə də pərdə arxasından toplantı iştirakçıları üçün çıxış edərək Doha müqaviləsini İslam şəriət qaydalarına müvafiq olmadığını bildirib. O, daha sonra Əfqanıstanda İslam şəriət qanunlarının tətbiqi üçün Amerika ilə yenidən müharibəyə getməyə hazır olduğunu vurğulayıb.

Taliban liderinin dediklərinə və bu görüşün yekun bəyanatına əsasən, Əymən Əz-Zəvahirinin öldürülməsindən və Şeyx Rəhimullah Həqqani də daxil olmaqla, yüksək səviyyəli Taliban alimlərinin öldürülməsindən sonra Taliban təşkilatının daxili ixtilafları artıb və Taliban lideri fikir ayrılıqlarını aradan qaldırmaq üçün bu toplantını təşkil edib. Əvvəlki yazılarda da qeyd edildiyi kimi, Talibanın yüksək rütbəli üzvləri arasında ixtilaf yaratmaq ABŞ-ın “Əl-Qaidə” terror qruplaşmasının lideri Əymən Əz-Zəvahirinin qətlində məqsədlərindən biri olub və bu ixtilaf gələcəkdə daha aydın görünəcək.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir