Azərbaycan öz problemlərinin topunu İran meydanına atır

Şənbə 20 Avqust 2022 - 17:11
https://az.iswnews.com/?p=11952

Xalqımız Məhərrəmlik və Aşura gününə aid əzadarlıq mərasimlərinin keçirilməsinə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin çoxsaylı maneələrindən sonra hakimiyyəti daha sərt və açıq şəkildə tənqid etməyə başlayıb. Azərbaycanda əza mərasimlərinin Gürcüstan, Rusiya, İran, Türkiyə və Avropa ölkələri kimi digər ölkələrlə müqayisəsi, bu ölkələrin polisinin Məhərrəmlik mərasimlərinin keçirilməsi üçün əməkdaşlığı ilə yanaşı, Azərbaycan hökumətini ciddi sınaqlarla üzləşdirib. Prezidentin yəhudi müşaviri Brenda Şafferin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin iclaslarında olması da xalqın qəzəbini artırıb.

Hökumətə bağlı xəbər saytları və sosial şəbəkələrin bu məsələyə reaksiyaları hücum tiplidir və onlar bütün güclərini bütün məsələlərdə xüsusən bu məsələdə İrana sərf ediblər. Bu KİV-lər şir mərasimi, Aşura günü mərasimi, polis əməkdaşlarının qanunsuzluqlarını və sairə şəkillər göstərməklə başqa ölkələrin problemlərinə diqqət çəkməyə çalışırlar ki, daxildə olan qadağalar məsələsi unudulsun. Bu yanaşma İsrail rejiminə aid fars səhifələrinin belə bir prosesə keçdikdən sonra başlanılıb.

Təbii ki, hakimiyyətə bağlı təbliğat maşınları bir neçə günlük hücum tipli yanaşmalarından sonra dövlət qurumlarında baş vermiş qeyri etik və əxlaqsız görüntülərin yeni mərhələsi ilə üzləşdi. Fövqəladə Hallar Nazirliyində yüksək rütbəli əməkdaşın iş yerində uniforma geyimi ilə sızan əxlaqsız çox saylı videoları ölkədə hətta komediya mövzusuna belə çevrildi. Dövlət mediaları məsələyə müəyyən mənada haqq qazandırmağa çalışırlar və İrana qarşı hücum mövqeyindən müəyyən qədər geri çəkiliblər.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi bu səylərlə eyni vaxtda Atatürk variantı əsasında ölkədə “Azərbaycan İslam Modelinin” həyata keçirilməsini və xalqın dini ayinlərini “Türkçülük” prosesi ilə irəli aparır. Bu prosesdə azan və namaz azəricə oxunub qılınır. Bir sıra ruhanilər bəzi şəkilləri paylaşmaqla çalışırlar ki, dindarlar tərəfindən ciddi şəkildə tənqid olunduqları fikirini yaysınlar. Göründüyü kimi, bu planın hələ açıqlanmayan başqa cəhətləri də var.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir